«Dilmanc» layihəsinin yeni proqramlarının təqdimatı olub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Dilmanc" layihəsi çərçivəsində bir sıra yeni proqramlar istifadəyə verilərək, qısa müddətdə populyarlıq qazanıb.
Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) bu proqramların təqdimatı olub.
"Dilmanc" layihəsinin proqramçılar qrupunun rəhbəri Rauf Fətullayev "Dilmanc" maşın tərcüməsi sistemi haqqında məlumat verərək bildirib ki, mətnləri saniyələr ərzində tərcümə edən bu sistemin xidmətindən www.translate.az saytına daxil olmaqla istifadə etmək mümkündür. İlk hibrid tərcümə sistemi olan proqram daha keyfiyyətli tərcüməyə nail olmağa imkan verir.
Tərcümənin keyfiyyətini yüksəltmək üçün düşünülmüş modeldən söz açan R.Fətullayev məlumat verib ki, bu məqsədlə peşəkarlar insanlar tərəfindən tərcümə edilmiş mətnlərdən istifadə olunur. Məsələn, rus dilindən Azərbaycan dilinə tərcümə proqramında bir milyona yaxın cümlədən ibarət paralel (həm rus, həm də Azərbaycan dilində) baza yaradılıb. Bu baza əsasən AzərTAc-ın materialları üzərində qurulub.
"Dilmanc" layihəsinə daxil olan digər yeni proqram nitqin tanınması sistemidir. Sistemi təqdim edən R.Fətullayev deyib ki, bu proqram şifahi nitqi yazılı mətnə çevirməyə imkan verir. Yəni mikrofona oxuduğunuz, başqa sözlə, kompyuterə diktə etdiyiniz şifahi nitq avtomatik olaraq yazıya çevrilir. Bu proqram mətnin klaviaturada əllə yığılması ilə müqayisədə işi 3-4 dəfə sürətləndirir. Xüsusən klaviaturada işləməyə çətinlik çəkənlərin, eləcə də əlil və görmə qüsuru olan insanların işini asanlaşdırır.
Layihə çərçivəsində mətni şifahi nitqə çevirən proqramın da hazırlandığını deyən R.Fətullayev bu sistemin mahiyyətindən və üstünlüklərindən danışıb. Belə ki, Azərbaycan dilində hər hansı mətn proqrama daxil edilir və dərhal kompyuterdə səslənməyə başlayır. Proqramın əsas üstünlüyü odur ki, insan gözünü yormadan, digər işlə məşğul olarkən, yaxud yol gedərkən, bir sözlə, istənilən şəraitdə istənilən yazılı mətni səsləndirib ona qulaq asa bilər.
Qeyd olunub ki, Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesinin avtomatlaşdırılması məsələsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Əli Abbasov tərəfindən irəli sürülmüş və onun rəhbərliyi altında tətbiqi linqvistik texnologiyaların yaradılması istiqamətində tədqiqatlara başlanılıb. Bu işlərin məntiqi davamı olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2005-ci ilin aprel ayından "Dilmanc" layihəsinin həyata keçirilməsinə başlanıb. Layihənin rəhbəri əməkdar mühəndis, texnika elmləri namizədi, dosent Əbülfət Fətullayevdir.
Təqdimatdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, haqqında danışılan bu maraqlı və gərəkli proqramlara http://www.dilmanc.az/az/project/tts
saytı vasitəsilə daxil ola bilərsiniz.
Baxış sayı: 1031
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)