12px13px15px17px
Tarix:15/07/13

Prezident İlham Əliyevin seçildiyi “10 ilin dövlət adamı” mükafatının İstanbulda təqdimat mərasimi keçirilib


 
Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə görə seçilmiş “10 ilin dövlət adamı” və “İlin ulduzları” mükafatlarının iyulun 13-də İstanbuldakı Haliç Konfrans Mərkəzində təqdimat mərasimi keçirilib.

Rəy sorğusunun nəticələrinə əsasən Azərbaycan Prezidenti İlham Əliyev “Türkdilli respublikalarda 10 ilin ən uğurlu dövlət adamı” seçilib. “Türkiyədə 10 ilin ən uğurlu dövlət adamı” nominasiyasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, “10 ilin naziri” nominasiyasında Binəli Yıldırım, “İlin xarici sərmayə yatırımı” nominasiyasında isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qalib elan edilmişlər. Sorğuda “İlin ulduzları” nominasiyası üzrə qalib gələnlər də mükafatlandırılmışlar.

AzərTAc-ın İstanbula ezam olunmuş müxbiri xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, qardaş ölkənin dövlət və özəl qurumlarının, ictimaiyyətin nümayəndələri, iş adamları, ziyalılar və s. iştirak etmişlər.

Tədbirdə əvvəlcə “Ekovitrin” Media Qrupunun fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Mərasimi açan “Ekovitrin” Media Qrupu idarə heyətinin sədri Kamuran Abacıoğlu qurumun tarixi barədə məlumat vermiş, rəy sorğunun nəticələrindən danışıb. Türkiyənin son dövrlərdə dinamik inkişafından söz açan K.Abacıoğlu ötən on ildə qardaş ölkə Azərbaycanın iqtisadi möcüzə göstərərək sürətlə inkişaf etdiyini vurğulanıb. O deyib ki, Azərbaycan çox böyük iqtisadi yüksəlişə nail olmuşdur. Azərbaycan Türkiyə kimi iqtisadiyyat nəhənginin daxilində - İzmirdə böyük Petkim layihəsini satın aldı və buraya 17,5 milyard dollarlıq sərmayə yatırdı. Bu, qürurverici bir nailiyyətdir. Biz Azərbaycan Prezidenti İlham Əliyevə buradan salamlarımızı və ehtiramlarımızı göndəririk.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Ekovitrin” jurnalının kollektivinə təşəkkürlərini çatdırıb.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasından sonra Azərbaycanın və Türkiyənin Avropanın enerji bazarında yeni aktorlar kimi çıxış etməyə başladıqlarını bildirən Əli Həsənov deyib ki, ötən 10 il dünyaya çox şey verib. Amma ən dəyərli sərvətini - güc artımını Türkiyəyə və Azərbaycana verib. Azərbaycan enerji resurslarını dünya bazarlarına çıxararaq iqtisadi, siyasi, sosial və digər sahələrdə bütün ehtiyaclarını aradan qaldırmış, eyni zamanda, bölgənin ciddi aktoruna çevrilib. Türkiyə isə Xəzər neftini dünyaya çatdıran mühüm enerji mərkəzi olmuşdur. Bu gün Avropanın enerji təhlükəsizliyini nə Türkiyəsiz, nə Azərbaycansız, nə də Bakı-Tbilisi-Ceyhansız təsəvvür etmək mümkün deyildir.

Prezident Administrasiyasının şöbə müdiri Avrasiyanı təmsil edən 270 mindən artıq insanın “Ekovitrin”in bu sorğusuna qatılaraq səs verməsini həqiqəti tam əks etdirdiyini diqqətə çatdırıb. On ildə Azərbaycan nəinki inkişaf etmiş və bölgəni inkişaf etdirib, eyni zamanda, Xəzər hövzəsini, Cənubi Qafqazı dünyanın iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevirib.

Əli Həsənov ötən on ildə Azərbaycanın daha bir uğurunun da 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi olduğunu bildirib. Azərbaycan ikinci türk dövlətidir ki, Təhlükəsizlik Şurasının üzvüdür. Bizim bu gücümüzün meydana çıxmasında da, Türkiyənin dünyada bugünkü geosiyasi, geoiqtisadi, geostrateji və hərbi qüdrətinin artmasında da Azərbaycanın məxsusi payı vardır. Biz bu payı dəyərləndirənlərə təşəkkür edirik. Bu mükafat Azərbaycan Prezidenti İlham Əliyevin tam haqqıdır. Prezident İlham Əliyevin on illik fəaliyyətinə verilən bu dəyər – “10 ilin dövlət adamı” mükafatı tam reallığı əks etdirir. Bu işdə əməyi keçən, bu sevinci bizimlə bölüşən hər kəsə Azərbaycan hökuməti adından bir daha təşəkkür edirəm.

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım çıxış edərək ölkəsinin son on ildə qazandığı nailiyyətlərdən söz açıb. Nazir Türkiyədə 2004-cü ildə təməli qoyulmuş və artıq inşasının son mərhələsinə qədəm qoyan “Marmaray” layihəsinin “bir millət, iki dövlət” olan qardaş Azərbaycan ilə Türkiyə arasında mühüm əlaqələrdən birini təşkil etdiyini vurğulayıb. Bu, Azərbaycan ilə Türkiyə arasında birbaşa daşımaları təmin edəcək ən mühüm layihələrdən biridir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz”, TANAP layihələri Şərq ilə Qərb arasında əlaqələri, Azərbaycan-Tükiyə qardaşlıq münasibətlərini gücləndirən mühüm layihələrdir.

Nazir bildirib ki, biz qardaş Azərbaycanın Türkiyənin strateji sektoruna – neft-kimya sənayesinə yatırdığı sərmayəni təqdir edirik. Azərbaycanın getdikcə inkişaf edən, Qafqaz bölgəsində təminatçı ölkəyə çevrilməsində böyük xidmətləri olan Prezident İlham Əliyev bu mükafata tam layiqdir. Biz Prezident İlham Əliyevə türk milləti adından təşəkkür edirik.

Çıxışlardan sonra mükafatların təqdim edilməsi mərasimi olub.

Nazir Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevin layiq görüldüyü “10 ilin dövlət adamı” mükafatını Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova təqdim edib.

Məlumat verilmişdir ki, “Ekovitrin” jurnalının bu il fevralın 1-dən aprelin 24–dək keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak edib. Rəy sorğusunda 35 kateqoriya üzrə 105 namizədə səs verilib.

Tədbirdə göstərilmiş filmdə Prezident İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı söz açılıb.

Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Filmdə dövlətimizin başçısının daxili və xarici siyasətinin uğurları geniş şərh olunub.

Bildirilib ki, Azərbaycanın neft strategiyasının uğurla davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tikintisinin başa çatdırılması, enerji resurslarının dünya bazarına çıxarılması nəticəsində ölkənin büdcəsinə milyardlarla dollar vəsait daxil olub.

Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilib. Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanıb. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatıb. Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olub. Ölkədə yoxsulluğun səviyyəsi 6,2 faizə, işsizlik isə 5 faizə düşüb. 2012-ci ilin nəticələrinə görə, ölkədə inflyasiya cəmi 1 faiz təşkil edib. Son 10 ildə bir milyondan artıq yeni iş yeri yaradılıb.

İlk süni peykini fəzaya çıxarmaqla Azərbaycan kosmik ölkələr sırasına daxil olub. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar investisiya yatırılıb. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib.

Azərbaycan 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının, həmçinin Qoşulmama Hərəkatının üzvü seçilmişdir. Dünya İqtisadi, Krans Montana, Cənubi Qafqaz, Humanitar, Mədəniyyətlərarası Dialoq forumlarına, “Eurovision” musiqi yarışmasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı artıq dünyanın qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur. Azərbaycan artıq idman ölkəsinə çevrilib.

Bunun nəticəsidir ki, Avropa Olimpiya Komitəsi 2015-ci il birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Məhz bu uğurlara görə Prezident İlham Əliyev “10 ilin dövlət adamı” seçilib.



Baxış sayı: 498

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Fevral 2020

25/02/20
“LG” şirkəti üçqat kameraya, “NFC” və tutumlu akkumulyatora malik yeni smartfonunu təqdim edib

“LG” şirkəti “Q51” adlı modelini təqdim edərək orta qiymət diapazonundakı smartfonlar çeşidini genişləndirib.

25/02/20
“Huawei” şirkəti “Honor 9x Pro” aparatını təqdim edib

Çinin “Huawei” şirkəti ucuz, amma məhsuldar “Honor 9x Pro” smartfonunu təqdim edib.

25/02/20
“Huawei” şirkəti “5G”-ni dəstəkləyən qatlanan smartfonunu təqdim edib

Çinin “Huawei” texnologiya korporasiyası Barselonada keçirilmiş onlayn təqdimatda “5G” qoşulmasını

25/02/20
“Sony” şirkəti “Xperia 10 Mark II” smartfonunu təqdim edib

“Sony” şirkəti qabaqcıl “Xperia 1 Mark II” aparatı və peşəkarlar üçün “Xperia Pro” prototip

25/02/20
Avropa Komissiyasının əməkdaşları “Signal” messencerindən istifadəyə başlayıblar

Avropa Komissiyasının əməkdaşlarına işgüzar yazışmaları yalnız “Signal” messencerində aparmaq tövsiyə

25/02/20
Dronlar üçün lazer peyk rabitə sistemi sınaqdan keçirilib

“General Atomics” şirkəti pilotsuz uçan aparatlar üçün lazer peyk rabitə sistemini sınaqdan keçirib.

25/02/20
Çində tibbi maskalı insanların tanınması üçün sistem tətbiq edilib

Çində insanları maska, şərf və saxta saqqalda müəyyənləşdirən yenilənmiş sifətin tanınması sisteminin tət

25/02/20
“Sony Xperia 1 II” smartfonu nümayiş olunub

Yaponiyanın “Sony” şirkəti ötənilki “Xperia 1” modelinin təkmilləşdirilmiş versiyası olan qabaqcıl “Xperi

25/02/20
Yeni “iPhone” modeli “Wi-Fi 802.11ay” standartını dəstəkləyəcək

Növbəti “iPhone” smartfon modeli “IEEE 802.11ay” kimi tanınan yeni “Wi-Fi” standartını dəstəkləyəcək. O

24 02 2020

24/02/20
YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib

Bu gün YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (İFAP) Azərbaycan Komitəsinin növbəti iclası

24/02/20
“5G” avadanlıq bazarında 71% illik artım gözlənilir

“Technavio” analitiklərinin proqnozuna görə, 2023-cü ildə beşinci nəsil (5G) şəbəkələri üçün qlobal avada

24/02/20
“MasterCard” yeriş və ürək döyüntüsü ilə ödəniş etməyi təklif edir

“MasterCard” şirkəti yeriş, üz ifadələri və ürək döyüntüsünə görə şəxsiyyətin eyniləşdirilməsini

24/02/20
Ən ucuz düyməli smartfon təqdim edilib

Pakistanın “Jazz” telekommunikasiya şirkəti “Jazz Digit 4G” adlı dünyanın ən ucuz düyməli smartfonunu buraxıb.

24/02/20
“HAPS Alliance” yüksək hündürlükdə əlçatan internetin inkişafı ilə məşğul olacaq

Telekommunikasiya, texnologiya, aviasiya və aerokosmik şirkətlər qrupu “HAPS Alliance” adlı əməkdaşlıq

24/02/20
Robot ilk dəfə mikrocərrahiyyə əməliyyatı keçirib

Niderlandlı alimlər tərəfindən təqdim edilmiş robot ilk dəfə uğurlu mikrocərrahiyyə əməliyyatı keçirib

24/02/20
Ştutqart Aeroportunda ekzoskeletlər yükdaşıyanlara kömək edəcək (VİDEO)

Almaniyanın Ştutqart Aeroportunda xüsusi ekzoskeletlər yükdaşıyanların istifadəsinə verilib.

24/02/20
Avropa İttifaqında süni intellekt sahəsinin tənzimlənməsi üzrə plan hazırlanıb

Avropa Komissiyası süni intellekt sənayesi üçün tənzimləyici norma və tələblərin yaradılması üzrə plan tə

24/02/20
Ən sürətli internet hansı ölkədədir?

“WebsiteToolTester” şirkəti hesabat dərc edərək ən sürətli internetin olduğu dünya ölkələrinin siyahısını