12px13px15px17px
Tarix:16/07/13

Azərbaycan nağılları “iOS” və “Android” platformalarında


Kompüter Oyunları Milli Assosiasiyası Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Mədəni irs və müasir İKT: interaktiv nağıllar" adlı layihə həyata keçirir.

Layihə Fond tərəfindən keçirilən II qrant müsabiqəsi çərçivəsində maliyyələşir və 2013-cü ilin "İKT ili" elan edilməsi ilə bağlı ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncamla əlaqədar Azərbaycanda həyata keçirilən çoxsaylı tədbirlərdən biridir.

Kompüter Oyunları Milli Assosiasiyasının prezidenti Ramil Əliyevin bildirdiyinə görə, sözügedən innovasiya layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə uşaqların və yeniyetmələrin maarifləndirilməsinə yönələn interaktiv nağıllar yaradılmaqdadır.

İnteraktiv nağılların xüsusi olaraq işlənib-hazırlanmış vizual səthi dünyada ən çox istifadə edilən "iOS" və "Android" platformalarına uyğun olaraq, adaptasiya ediləcək və "touch screen" imkanlarını dəstəkləyəcək. Beləliklə, interaktiv nağılları planşet kompüterlər, smartfonlar da daxil olmaqla, müasir vasitələrin bir çoxu vasitəsilə izləmək mümkün olacaq.

Qeyd edək ki, interaktiv nağılların unikallığı ondadır ki, uşaq birbaşa olaraq nağıl prosesi ilə təmasda olacaq, əşyaları hərəkətə gətirə biləcək, ekranda baş verənlərə müdaxilə etmək imkanı əldə edəcək. İnteraktiv nağılın süjeti zamanı müşayiət edilən audo səsi söndürmək də olar.

Uşaqlar ekranda subtitrləri görəcəklər, buna görə də nağılı özləri asanlıqla oxuya və ya nəql edə biləcəklər. Beləliklə də uşaq oxumağı öyrənəcək, təxəyyülünü inkişaf etdirəcək, ünsiyyət və kommunikasiya imkanlarını artıracaq.


www.mobiz.az  

 



Baxış sayı: 1707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024