12px13px15px17px
Tarix:16/07/13

Azərbaycanda ixtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsi keçiriləcək


 
Azərbaycanda ixtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsi keçiriləcək.  Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitədən bildirilib ki, elm və texnologiyalar sahəsində dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən tətbiqi və innovasiya xarakterli ixtiraların, texnologiyaların yaradılması, həmçinin ölkəmizdə elmin, yaradıcılığın, iqtisadiyyatın aktual problemlərinə alimlərin, ixtiraçıların, mühəndislərin və təsərrüfat subyektlərinin daha yaxından cəlb edilməsi məqsədilə SMPDK-nın əmri əsasında “İxtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsinin keçirilməsi Qaydaları” artıq təsdiq edilib.

Müsabiqənin üstünlükləri Azərbaycanda ixtiraların, yeni texnologiyaların yaradılmasının həvəsləndirilməsi, ixtiraçılıq fəaliyyətinin və innovasiyaların stimullaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi, perspektivli patentlərdən istifadə hallarına köməklik göstərilməsindən ibarətdir.

Müsabiqə hər il aprel ayında müxtəlif nominasiyalarda, müsabiqə keçirilən ildən əvvəlki ildə qeydiyyata alınan və qüvvədə olan ixtira patentləri üzrə komitədə yaradılan Təşkilat Komitəsi tərəfindən təşkil olunaraq keçiriləcək. İxtiraçılıq sahəsində nailiyyətlərə görə ilk Respublika Müsabiqəsinin 2012-ci ildə  qeydiyyata alınan və qüvvədə olan ixtira patentləri üzrə keçirilməsi nəzərdə tutulub.

Sənəd qəbulu cari ilin 2 sentyabr tarixindən başlanacaq.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024