12px13px15px17px
Tarix:17/07/13

İlk dəfə səhmləri bu qədər dəyərli oldu

Çərşənbə axşamı "NASDAQ" birjasında keçirilən hərraclarda "Google" şirkətinin bazar kapitallaşması 2013-cü ilin birinci rübü ilə müqayisədə təxminən 50 milyard dollar artaraq 306,78 milyard dollar təşkil edib.    
Bazar ertəsi birjada hərraclar başlayandan dərhal sonra şirkətin səhmlərinin dəyərində rekord artım müşahidə olunub. Belə ki, səhmlərin qiyməti 765,91 dollar qiymətləndirildiyi cari ilin birinci rübü ilə müqayisədə 20,73 faiz artıb.

Hərraclarda "Google"-un bir səhminin qiyməti 928 dollara çatıb, lakin ticarət sessiyası başa çatana yaxın qiymətlər bir qədər enərək 924,69 olub ki, bu da 306,78 milyard dollarlıq kapitallaşmaya uyğundur. Beləliklə, son 3 ayda şirkətin bazar kapitallaşması təxminən 50 milyard dollar artıb,- "Digit www.digit.ru" saytı yazır. 

Belə uğur 2013-cü ildə "Google"-un diqqətini API-nin hazırlanması və ya "Google+" və "Google Maps" servislərinə yönəltməsi, eləcə də uğursuz layihələrdən imtina etməsi ilə bağlıdır. Belə ki, şirkət özünü doğrultmadığı üçün "Google TV", "Nexus Q" və "Google Reader" layihələrini dayandırıb. Bununla belə, şirkətə ən çox uğur qazandıran "Android" əməliyyat sistemi, "Chrome" brauzeri, "YouTube" videohostinqi və "Google’s search engine" sistemidir.  






Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024