12px13px15px17px
Tarix:30/07/13

“Android” platforması ABŞ-da liderliyini möhkəmləndirir


Ötən həftə eyni anda bir neçə nüfuzlu analitik agentlik mobil telefon bazarı üzrə hesabatını dərc edib. Bu gün "Kantar" tədqiqat şirkəti də onlara qoşulub.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, sözügedən şirkət 2013-cü ilin ikinci rübü üzrə Amerikanın smartfon bazarındakı vəziyyəti araşdırıb.

Məlum olub ki, "Android" ABŞ-da ən populyar mobil əməliyyat sistemi olaraq qalır. ABŞ-da hazırda "Google"-un platformasının payı 51,5% təşkil edir.

42,5% göstəriciyə malik "iOS" platforması ikinci yerdə qərarlaşıb. Ötən illə müqayisədə "alma" şirkətinin platformasının payı 3,3% artıb. "BlackBerry" şirkətinin ABŞ-da mövqeyi zəifləməyə davam edir və hazırda  Kanada istehsalçısının Amerikanın smartfon bazarında payı 1,1% təşkil edir. "Microsoft" şirkətinin "Windows Phone" platformasının payı 4% olub.

Emil Hüseynov
 



Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024