12px13px15px17px
Tarix:30/07/13

“Apple” şirkəti “iOS 7” və “iTunes 11.1” yeni beta-versiyalarını buraxıb

"Apple" şirkəti "iOS 7.0" və "iTunes 11.1" dördüncü beta-versiyasını buraxıb.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, hazırda hər iki məhsul "Apple Developer"də təqdim edilir.

"iOS 7.0 beta 4" əməliyyat sisteminin təsvirində qeyd edilib ki, o, yeni  funksiyalar daşımır, lakin əməliyyat sisteminin yeni versiyasında köhnə səhvlər düzəldilib və sistemin istehsal gücü artırılıb.

"iOS 7.0" əməliyyat sisteminin ictimai nümayişi bu ilin payız aylarında nəzərdə tutulub. "Apple" şirkəti yeni sistemin daha iki beta-versiyasını buraxmağı nəzərdə tutub, bundan sonra isə, sentyabrın ikinci yarısında,  "Golden Master" versiyasının nümayişi gözlənilir.

"iTunes 11.1" beta-versiyasında isə  kontentin yayımı ilə bağlı olan radio funksiyaları yaxşılaşdırılıb.

Aynur Vəliyeva



Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024