12px13px15px17px
Tarix:01/08/13

“MS Office” tətbiqi “Android” platformasında əlçatandır

"Microsoft" şirkətinin korporativ bloqunda dərc edilmiş yazıya görə, proqram nəhəngi "Android" platforması üçün "Office Mobile" ofis redaktorunu istifadəyə verib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, tətbiq vasitəsilə "Word", "Excel" və "PowerPoint" faylları ilə işləmək mümkündür. Sözügedən əlavə ödənişsizdir, lakin bir sıra məhdudiyyətlərə malikdir. Birincisi, "Office 365" ödənişli xidmətinin abunəçiləri tətbiqdən istifadə edə bilərlər.

İkincisi, "Office Mobile" tətbiqi yalnız "Android" mobil əməliyyat sistemi ilə işləyən smartfonlarda əlçatandır. Bu tətbiqi planşetlərə quraşdırmaq olmaz.

"Office Mobile" tətbiqi "Word" mətn redaktorunda sənəd yaratmağa, həmçinin onu redaktə etməyə və mövcud sənəd, cədvəl və təqdimatlara baxışa imkan verir. İnternetə çıxış imkanına malik olmadan düzəlişlər etmək mümkündür. İnternetə çıxış imkanı yarandıqda dəyişikliklər müxtəlif qurğular arasında sinxronlaşdırılır.

Emil Hüseynov



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024