12px13px15px17px
Tarix:07/08/13

SMS vasitəsilə yayılan zərərli proqram təminatının 50%-dən çoxu Rusiyada yaradılıb


Rusiyada SMS fırıldaqçılıq sənayesi çox geniş yayılıb. Kaliforniyanın “Lookout” şirkətinin mütəxəssislərinin araşdırmasına əsasən, 2013-cü ilin birinci yarısında dünyada aşkar edilmiş zərərli proqram təminatının 50%-dən çoxu Rusiyada yaradılıb.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, demək olar ki istənilən şəxs kriminal şəbəkənin iştirakçısı ola və zərərli  proqramların yayılmasından pul qazana bilər; bunun üçün heç bir xüsusi bacarıq və ya texniki təcrübə tələb olunmur.

Sadəcə saytda qeydiyyatdan keçmək kifayətdir, bundan sonra platformanın iştirakçısı alətlər dəstinə giriş alır və onların vasitəsilə “Android” platfroması ilə işləyən smartfonlar üçün zərərli proqram təminatı yayır.
Bu, müxtəlif populyar tətbiq, fotoşəkil, pornoqrafiya və ödənişsiz musiqiyə istinadlar qoyulması vasitəsilə həyata keçirilir. Lakin istifadəçinin smartfonuna arzu olunan məzmun əvəzinə quraşdırılan tətbiq ondan xəbərsiz ödənişli nömrələrə SMS mesajlar göndərir.

Beləliklə, fırıldaqçılar istifadəçinin pullarını ələ keçirirlər. “Lookout” şirkətinin hesablamasına görə, cinayətkarlar hər ay 700-dən 12 min dollaradək pul qazanırlar.

Emil Hüseynov
 



Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024