12px13px15px17px
Tarix:13/08/13

Bakı və Abşeronun orta və yüksək təzyiqli qaz şəbəkəsinin elektron xəritələri hazırlanıb


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) orta və yüksək təzyiqli qaz şəbəkəsinin Elektron Məlumatlar Bazasının (elektron xəritələr) yaradılması istiqamətində görülən işlər müvəffəqiyyətlə başa çatıb.

İB-dən verilən məlumata görə, Bakı və Abşeron yarımadasının qaz təchizatı sisteminin yenidən qurulması layihəsi ilə əlaqədar 2010-2013-cü illərdə “ArcGİS” proqram təminatında Bakı şəhərinin 11 rayonu və Abşeron rayonu üzrə orta və yüksək təzyiqli qaz şəbəkəsinin elektron xəritələri yaradılıb.

Rayonların orta və yüksək təzyiqli qaz şəbəkəsinə aid olan bütün qurğular və avadanlıqlar, qazpaylayıcı stansiyalar, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz xətləri, siyirtmə, ventil, separator və s. haqqında Qaz İstismar Sahələri tərəfindən təqdim edilmiş məlumatlar dəqiqləşdirilib və Elektron Məlumatlar Bazasında yerləşdirilib.
Qeyd edək ki, Elektron Məlumatlar Bazası onlayn rejimdə qaz şəbəkəsinə nəzarət etmək, qəza və təmir işlərinin dəqiqliklə aparılmasına yardımçı olmaq baxımından əvəzsiz imkanlara malikdir. Bu bazanın əhəmiyyəti həm də qaz itkilərinin qarşısının vaxtında alınması, abonentlərə qüsursuz xidmət göstərilməsi, qaz verilişinin düzgün tənzimlənməsi və proqnozlaşdırılmasına şərait yaratmasındadır.

Elektron xəritələrin daim operativ şəkildə yenilənmək imkanları var. Köhnə xəritələrdən fərqli olaraq, müasir xəritələrdə əks olunan informasiyalar əsasında bir çox məsələlərin həllinə cavab tapmaq mümkündür.

CAHANGİR



Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024