12px13px15px17px
Tarix:14/08/13

“App Store” ən gəlirli əlavələr mağazasıdır


“Distimo” analitik şirkətinin ekspertləri əlavələrin onlayn kataloqunu tədqiq edərək "Apple App Store” əlavələr mağazasının mədaxilinə görə hələ də rəqiblərini üstələməsini müəyyən ediblər. Lakin bununla yanaşı, “Google Play Store” mağazası da yüksək mədaxil tempi nümayiş etdirir.

2013-cü ilin fevral-iyulunda “App Store”da proqram satışlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz artıb. “Google Play Store” üzrə göstərici isə 67 faiz təşkil edib və yalnız iyulda “Apple”ın 3 faizlik nəticəsinə nisbətdə 11 faizə çatıb.

“Google Play”dən ən çox əlavələr yükləyən ölkələr arasında ABŞ, Cənubi Koreya və Hindistan yer alıb. Çin və Rusiya reytinqin aşağı pillələrində qərarlaşıb. "App Store”dan daha çox yükləmələr Çin, ABŞ və Yaponiyadan həyata keçirilir.


Bununla bərabər o da məlum olub ki, “Windows Phone Store” mağazasında əlavələrin sayı 170 minə çatıb ki, bu da 2 ay əvvəldən 25 min çoxdur. Qeyd etmək lazımdır ki, “Windows Phone” əməliyyat sistemi üçün 100 min rəsmi proqramın yaradılmasına təxminən 18 ay, "Apple App Store” üçün 16 ay, "Google Play Store” üçün yarım il lazım olub. Cari ilin mayında “App Store” onlayn mağazasından yüklənən əlavələrin sayı 50 milyardı ötüb.


Təxmini qiymətləndirmələrə əsasən, “Apple” şirkəti “App Store”dan təqribən 3,4 milyard dollar mənfəət əldə edib. Müqayisə üçün qeyd edək ki, “iPhone” smartfonlarının satış həcmi ötən rüblərdən birində 31 milyard dollara bərabər olub. 2013-cü ilin aprel-iyununda proqram təminatı, servislər və “iTunes” mağazası şirkətə 4 milyard dollar mənfəət qazandırıb ki, bu da ötən illə müqayisədə 25 faiz artım deməkdir, - “DailyComm www.dailycomm.ru” yazır.  





Baxış sayı: 708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024