12px13px15px17px
Tarix:14/08/13

Ev təsərrüfatlarında internetə qoşulmuş kompüterlərin 70.8 faizi virusa qarşı proqramla təchiz olunub


 
Dövlət Statistika Komitəsindən “ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata əsasən, istifadəçilər tərəfindən ev təsərrüfatlarında internetə qoşulmuş kompüterlərin 70.8 faizi virusları yoxlamaq üçün proqramla təchiz olunub.

Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də internetə qoşulma sürətinin aşağı olmasını, “spam” – lazımsız elektron məktubların elektron poçt sahibinin ünvanına gəlməsini və informasiya və ya vaxt itkisi ilə nəticələnən kompüter virusları ilə qarşılaşma hallarının olmasını istifadəçilər əsas problem kimi qiymətləndiriblər. Belə ki, istifadəçilərin 10.5 faizi internetə qoşulma sürətinin aşağı olmasını, 12.2 faizi “spam” – lazımsız elektron məktubların onun ünvanına gəlməsini, 26.0 faizi informasiya və vaxt itkisi ilə nəticələnmiş kompüter viruslarını internetə qoşulmada əsas problem kimi qiymətləndirib, 51.3 faizi isə heç bir problemlə rastlaşmadığını bildiriblər.

Ümumilikdə, əvvəlki illərlə müqayisədə kompüter virusları ilə bağlı problemlərlə qarşılaşmış internet istifadəçilərinin xüsusi çəkisi artıb, internetə qoşulma sürətinin aşağı olması halları isə aşağı düşüb.
 
Kamal Hacıyev



Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024