12px13px15px17px
Tarix:16/08/13

Ağ evin dam örtüyü günəş batareyaları ilə təchiz ediləcək

ABŞ prezidenti Barak Obama ekologiya və alternativ enerji mənbələrinə keçidin vacibliyi haqqında danışmağı sevir. Lakin Obama yalnız ikinci prezidentlik müddətində öz iqamətgahına günəş batareyaları quraşdırmağa müvəffəq olub.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, prezident administrasiyasının nümayəndəsi "The Washington Post" nəşrin jurnalistlərinə bildirib ki, nəhayət ki Obama bu həftə Ağ evi ekoloji günəş enerjisi ilə təchiz edəcək.

Sözügedən nəşrin anonim mənbəsinin sözlərinə görə, günəş batareyalarının quraşdırılması ABŞ prezidentinin iqamətgahının enerji təchizat sisteminin kompleks yenidən qurulmasının bir hissəsi olacaq.

Emil Hüseynov



Baxış sayı: 1272

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024