Tarix:17/08/13
Çinin cənub-qərb hissəsində yerləşən Çunsin Şəhər Prokurorluğu "Android" və "iOS" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonlar üçün əlavə hazırlayıb. "Vəzifə cinayətlərindən çəkinin" adlı proqram dövlət məmurları tərəfindən yol verilən korrupsiya halları barədə təcili xəbər verməyə imkan verir və onu artıq mobil qurğulara yükləmək mümkündür.
Əlavə vətəndaşlara qurğu ekranına bircə dəfə toxunaraq müvafiq dövlət orqanının telefon nömrəsini yığmaqla və ya internet səhifəsinə daxil olmaqla məmurlar tərəfindən yol verilən rüşvətxorluq və vəzifə səlahiyyətlərini aşma halları haqqında prokurorluğa məlumat verməyə şərait yaradacaq. "Proqram vəzifə cinayətləri barədə xəbərin çatdırılması prosedurunu sadələşdirir. Əsas məqsəd hakimiyyət orqanlarına onlara ictimaiyyət tərəfindən nəzarətin olmasını xatırlatmaqdır", - yerli prokurorluq nümayəndəsi bildirib.
Yeni əlavə həm də maarifləndirici xarakter daşıyır. Məsələn, proqram gələcəkdə korrupsiya hallarını aşkar etmək və ya qarşısını almaq üçün məmurun qanuni və qanunsuz hərəkətlərini ayırd etməyi öyrənmək məqsədilə təlimat təqdim edir, - "IT Expert" www.itexpert.org.ua yazır.
Çində rüşvətxorluğa qarşı proqram təminatı yaradılıb

Baxış sayı: 694
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)