Tarix:21/08/13
Yeni telekanal ABŞ-ın keçmiş prezidenti Albert Qor tərəfindən təsis edilən və əvvəllər “Current TV” kanalına məxsus tezliklərdə yayımlanır. “Al-Jazeera America”nın daxil olduğu kabel şəbəkəsinə ABŞ-ın 45 milyon ev təsərrüfatı çıxış imkanına malikdir.
“Al-Jazeera America” sutka ərzində yayımlanacaq və telekanalda xəbər buraxılışları ilə yanaşı, analitik-informasiya, iqtisadi və sənədli verilişlər translyasiya ediləcək. İlkin mərhələdə telekanalda digər əksər kanallarda hər saatda 15 dəqiqə yayımlanan reklam əvəzinə, cəmisi 6 dəqiqə reklam veriləcək.
Qətər telekanalının ştat vahidi hazırda 850 əməkdaşdan ibarətdir və ABŞ ərazisində kanalın 12 şöbəsi olmaqla mənzil-qərargahı Nyu-Yorkda yerləşir.
Qeyd edək ki, “Əl-Cəzirə” televiziya şirkəti 1996-cı ildə Qətərdə yaradılıb, - “Lenta www.lenta.ru” yazır.
ABŞ-da “Al-Jazeera America” telekanalı yayıma başlayıb
Avqustun 20-də ABŞ-da Qətərin “Əl-Cəzirə” televiziya kanalının yerli redaksiyası “Al-Jazeera America” işə başlayıb.Yeni telekanal ABŞ-ın keçmiş prezidenti Albert Qor tərəfindən təsis edilən və əvvəllər “Current TV” kanalına məxsus tezliklərdə yayımlanır. “Al-Jazeera America”nın daxil olduğu kabel şəbəkəsinə ABŞ-ın 45 milyon ev təsərrüfatı çıxış imkanına malikdir.
“Al-Jazeera America” sutka ərzində yayımlanacaq və telekanalda xəbər buraxılışları ilə yanaşı, analitik-informasiya, iqtisadi və sənədli verilişlər translyasiya ediləcək. İlkin mərhələdə telekanalda digər əksər kanallarda hər saatda 15 dəqiqə yayımlanan reklam əvəzinə, cəmisi 6 dəqiqə reklam veriləcək.
Qətər telekanalının ştat vahidi hazırda 850 əməkdaşdan ibarətdir və ABŞ ərazisində kanalın 12 şöbəsi olmaqla mənzil-qərargahı Nyu-Yorkda yerləşir.
Qeyd edək ki, “Əl-Cəzirə” televiziya şirkəti 1996-cı ildə Qətərdə yaradılıb, - “Lenta www.lenta.ru” yazır.
Baxış sayı: 751
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet