12px13px15px17px
Tarix:22/08/13

Dünyada hər il 95 milyon özüidarəolunan avtomobil satılacaq

Yaxın 20 il ərzində özüidarəolunan avtomobillərin bazarda payı artacaq və 2013-ci ilədək dünyada satılan minik avtomobillərinin ümumi sayının 75 faizini təşkil edəcək, - “Navigant Research” şirkətinin analitikləri belə düşünür. Analitiklər avtomobil istehsalçılarının və onların tədarükçülərinin hazırkı vəziyyətini, əsas texnologiyaları, eləcə də özüidarəolunan avtomobillərin satış artımını stimullaşdıran və zəiflədən amilləri tədqiq ediblər.

Əksər mütəxəssislər güman edirlər ki, özüidarəolunan avtomobillər təxminən 5 ildən sonra kütləvi satışa çıxarılacaq. Bu müddəti ötən il “Google” şirkətinin xüsusi layihələr üzrə direktoru Sergey Brin deyib. “General Motors” şirkəti artıq 2015-ci ildə yarımavtomatlaşdırılmış idarəetmə sistemli “Cadillac” modelini buraxmağı planlaşdırır.  

“Google”da hazırlanan avtomatik avtomobil idarəetmə texnologiyalarında videokamera, lazer, radar və digər cihazlardan istifadə olunur, idarəetmə isə kompüter tərəfindən həyata keçirilir. Bu, sözügedən texnologiya tərəfdarlarının fikrincə, yolda hərəkət təhlükəsizliyini artıra bilər. Texnologiyanın təşəkkülü ilə əlaqədar əsas problemlər texniki sahədə yox, hüquqi sahədə mövcuddur, - “Computerworld www.osp.ru” yazır. 
 



Baxış sayı: 827

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024