Tarix:26/08/13
Belə ki, ötən müddətdə “Azərbaycan dili üçün ilk Nitqin Tanınması sistemi”, “Azərbaycan dilində Mətnlərin Səsləndirilməsi sisteminin daha təkmil versiyası”, “Azərbaycanca-rusca və əksinə Maşın Tərcüməsi sisteminin təkmilləşdirilmiş versiyası”, “Söz-formalar elektron lüğətlər sisteminin bazası” genişləndirilərək istifadəyə verilib. Bundan başqa, gözdən əlillər üçün 100 ədəd mini-kompüterə kompüteri səslə idarəetmə sistemi yazılaraq paylanılıb.
Bu barədə məlumat verən “Dilmanc” layihəsinin direktoru Əbülfət Fətullayevin sözlərinə görə, hal-hazırda Azərbaycan-ingilis, Azərbaycan-rus və əksinə Sinxron Tərcümə proqramının yaradılması üzrə işlər davam etdirilir: “Eyni zamanda Azərbaycan dili üçün yaradılmış Linqvistik Texnologiyaların təkmilləşdirilməsi və yenilərinin yaradılması istiqamətində də tədqiqatlar aparılır.
Onu da qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamı ilə əlaqədar olaraq Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsinin təmin edilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Dilmanc” layihəsi çərçivəsində işlər davam etdirilir”.
Həqiqət İSABALAYEVA
Azərbaycan dili üçün yaradılmış Linqvistik Texnologiyaların təkmilləşdirilməsi və yenilərinin yaradılması istiqamətində tədqiqatlar aparılır
“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi” ilə bağlı cari ilin əvvəlindən indiyə qədər “Dilmanc” layihəsi üzrə də xeyli işlər görülüb.Belə ki, ötən müddətdə “Azərbaycan dili üçün ilk Nitqin Tanınması sistemi”, “Azərbaycan dilində Mətnlərin Səsləndirilməsi sisteminin daha təkmil versiyası”, “Azərbaycanca-rusca və əksinə Maşın Tərcüməsi sisteminin təkmilləşdirilmiş versiyası”, “Söz-formalar elektron lüğətlər sisteminin bazası” genişləndirilərək istifadəyə verilib. Bundan başqa, gözdən əlillər üçün 100 ədəd mini-kompüterə kompüteri səslə idarəetmə sistemi yazılaraq paylanılıb.
Bu barədə məlumat verən “Dilmanc” layihəsinin direktoru Əbülfət Fətullayevin sözlərinə görə, hal-hazırda Azərbaycan-ingilis, Azərbaycan-rus və əksinə Sinxron Tərcümə proqramının yaradılması üzrə işlər davam etdirilir: “Eyni zamanda Azərbaycan dili üçün yaradılmış Linqvistik Texnologiyaların təkmilləşdirilməsi və yenilərinin yaradılması istiqamətində də tədqiqatlar aparılır.
Onu da qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamı ilə əlaqədar olaraq Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsinin təmin edilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Dilmanc” layihəsi çərçivəsində işlər davam etdirilir”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 936
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)