12px13px15px17px
Tarix:29/08/13

Azərbaycanda ilk dəfə olaraq palçıq vulkanlarının seysmik tomoqrafiyası hazırlanacaq

Azərbaycanda ABŞ-ın Lourens Livermor Milli Laboratoriyası ilə birlikdə ilk dəfə olaraq palçıq vulkanlarının seysmik tomoqrafiyasının hazırlanması planlaşdırılır. Bu məlumatı AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) rəhbəri, geologiya-mineralogiya üzrə elmlər doktoru Qurban Yetirmişli AMEA Rəyasət Heyətində ABŞ Energetika Nazirliyinin Lourens Livermor Milli Laboratoriyasının nümayəndə heyəti ilə keçirilən görüşdə bildirib.

AMEA-dan bildirilib ki, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkələrdə seysmologiyanın inkişafı baxımından yüksək nəticələr əldə ediləcəyinə əminliyini ifadə edərək, qeyd edib ki, Milli Laboratoriyanın məşğul olduğu sahə olan seysmik tomoqrafiya birgə əməkdaşlığın aparılmasını tələb edir. Ölkəmizdə ən müasir tələblərə cavab verən seysmik qurğuların tətbiqi ilə yanaşı, seysmologiya elminin də inkişaf etdiyini bildirən akademik RSXM tərəfindən Azərbaycanın bütün ərazilərində seysmoloji tədqiqatların aparıldığını, əksər bölgələrdə seysmoloji xidmət stansiyalarının qurulduğunu, həmçinin Naxçıvan Muxtar Respublikasında 4 seysmik stansiyanın fəaliyyət göstərdiyini vurğulayıb.

İlk dəfə Azərbaycana 2008-ci ildə səfər etdiyini söyləyən Milli Laboratoriyanın əməkdaşı Rengin Gök hazırda ölkəmizin seysmik stansiyalar şəbəkəsinin inkişaf etdiyini, birgə əməkdaşlığa əsasən, mərkəz əməkdaşlarının ABŞ-da treninqlərdə iştiraka cəlb olunmasının nəzərdə tutulduğunu deyib.

Görüşdə tərəflər arasında əlaqələrin daha da genişləndirilməsi və müştərək layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024