12px13px15px17px
Tarix:29/08/13

Çin üçün məxsusi mobil platforma yaradılır

"Android" platformalı smartfon və planşet kompüterlər istehsal edən Tayvanın "HTC" şirkəti Çin bazarı üçün yeni əməliyyat sisteminin hazırlanması ilə məşğul olmağa başlayıb. İstehsalçı mobil platformanı Çin hakimiyyətinin ciddi nəzarəti altında hazırlayır.

Sistem "Sina Weibo" mikrobloqlar ("Twitter"in Çin analoqu) şəbəkəsi daxil olmaqla dövlətin nəzarəti altında olan yerli internet servisləri ilə sıx inteqrasiyanı nəzərdə tutur və onun ilin sonunadək işə salınması planlaşdırılır. Şirkət əməkdaşları artıq bu sistemin idarəetməsi ilə işləyən smartfonları sınaqdan keçirir, çinli məmurlar isə bir neçə nümunə ilə tanış olmaq imkanı əldə ediblər.  

Platformanın tamamilə yeni və ya "Android" əsasında interfeys olacağı hələ ki məlum deyil. Tayvan şirkəti "Coogle"un (aparıcı "Android" tərtibatçısı) başçılıq etdiyi "Open Handset Alliance" (OHA) alyansının üzvü olduğuna görə onun bəzi göstərişlərini yerinə yetirməlidir.

"Google" şirkətinin Çinlə münasibətləri 2010-cu ildə axtarış nəticələrini senzuradan keçirməkdən imtina etdikdən sonra korlanıb və nəticədə axtarış sisteminin fəaliyyəti bu ölkədə qadağan edilib.
 
"HTC" məhsullarını asanlıqla satmaq üçün Çin hakimiyyətindən dəstək almaq qərarına gəlib. Şirkət Çin bazarına, demək olar, yenicə daxil olur, belə ki, bu şirkətin istehsalı olan qurğular ölkədə 2010-cu ildən satılır. "HTC"-nin bu cür yanaşma tərzi qərb şirkətlərindən asılılığı azaltmağa çalışan Çin hökumətinin strategiyasına uyğundur, - "Vesti www.vesti.ru" yazır.  



Baxış sayı: 728

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024