12px13px15px17px
Tarix:30/08/13

Azərbaycan “Davosun yay sessiyasında” iştirak edəcək


Azərbaycan sentyabrın 11-13 tarixlərində Dalyanda (Çin) keçiriləcək “Davosun yay sessiyasında” iştirak edəcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsinin rəhbəri Ayaz Bayramov və məsləhətçisi Şəhriyar Nikipur təmsil edəcəklər.

Hər il ənənəvi olaraq keçirilən forumda Asiya qabaqcıl qlobal biznes strukturlarının nümayəndələri iştirak edirlər. Həmçinin "Yay Davos" kimi tanınan görüşdə əsas qərar qəbul edənlər, o cümlədən dinamik və sürətlə inkişaf edən şirkətlərin top-dərəcələndirilmiş beynəlxalq şirkətləri və baş icraçı əməkdaşları, liderləri arasında mübadilə üçün unikal imkan yaradılır.  
 
Tədbirdə hökumət, media, akademiya və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.

Bu tədbir strategiyaları və həlləri bölüşmək və qlobal məsələləri və riskləri müzakirə etmək üçün 90 ölkədən 1500-dən çox iştirakçını bir araya gətirəcək. Yeni aparıcı icma – “Global Growth Companies”, “Gənc Qlobal Liderlər”, gənc alimlər, “Texnologiya Pionerləri”, Sosial Sahibkarlar və Dünya İqtisadi Forumunun gənc icması nümayəndələri fikir və təcrübə mübadiləsi aparacaqlar.

Aynur Vəliyeva
 
 



Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024