Tarix:02/09/13
Türkiyə ilə sərhəddə də rentgen nəzarət-yoxlama kompleksi qurulur. Bu barədə məlumat verən Dövlət Gömrük Komitəsindən bildirilib ki, iritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirmək məqsədilə Sədərək gömrük sərhəd buraxılış məntəqəsində “X-Ray” rentgen nəzarət-yoxlama kompleksinin qurulmasına başlanılıb: “Binanın uzunluğu 36, eni 11, hündürlüyü isə 8,8 metr olacaq. Kompleks dəmir beton qurğularla inşa ediləcək”.
“SHMİTH HCVG” markalı rentgen nəzarət sistemi iritutumlu avtonəqliyyat vasitələrinin və onlarda daşınan yüklərin müayinəsində operativliyi və dəqiqliyi təmin edəcək. Bununla da qaçaqmalçılığa, o cümlədən narkotik vasitələrin, odlu silahların, partlayıcı maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə effektivlik artacaq.
Qeyd edək ki, cari ildə muxtar respublikanın İran İslam Respublikası ilə sərhədində yerləşən hər iki gömrük orqanında - Culfa və Şahtaxtı gömrük sərhəd buraxılış məntəqələrində “X-Ray” rentgen nəzarət-yoxlama kompleksləri qurularaq istifadəyə verilib. Almaniya istehsalı olan bu rentgen qurğusu vasitəsilə saatda 23 nəqliyyat vasitəsinə baxış keçirmək mümkündür. Yoxlama “X-Ray” şüasının köməyilə aparılır.
Ümumi çəkisi 27 ton olan qurğu yük maşınlarının içərisində istənilən yerdə gizlədilmiş əşyaların təsvirini 1 mm dəqiqliklə görməyə, əşyanın tipini, habelə onların təhlükəlilik dərəcəsini müəyyən etməyə imkan verir. Müayinə bitdikdən sonra kompüterdə avtonəqliyyat vasitəsinin istənilən nöqtəsinə rəngli və ağ-qara formatda baxılır, dəqiq yoxlama və analiz aparılır. Əksetdirmədə üzvi və qeyri-üzvi maddələr rənglərlə avtomatik olaraq fərqləndirilir. Radioaktiv materiallar da ayrıca görünür. Yad cisimlər sıxlığına və quruluşuna görə ayırd edilir.
Həqiqət İSABALAYEVA
Türkiyə ilə sərhəddə “X-Ray” rentgen nəzarət-yoxlama kompleksinin qurulmasına başlanılıb

Baxış sayı: 1046
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet