12px13px15px17px
Tarix:02/09/13

“Google” şirkətində qız üstə dava düşdü

Ötən həftə "Google" şirkətinə aid birdən-birə, ardıcıl iki böyük xəbər "partladı":  şirkətin banilərindən biri Serqey Brin firmanın qadın əməkdaşı ilə intriqaya görə həyat yoldaşı ilə ayrılır, həmçinin "Android"in əsas istehsalçısı Hyuqo Barra "Google"ı qəflətən tərk edir. Sən demə, bu hadisələri bağlayan ortaq məsələ var. "http://www.computerra.ru" saytının məlumatına görə, Barranın gedişinin əsl səbəbi rəhbərliklə eyni qadına maraq göstərmələri ilə bağlıdır. Bu qadın şirkətin marketinq şöbəsinin meneceri, eyni zamanda "Google Glass" eynəyinin funksiyalarını aktivləşdirən "OK Glass" komandasının ixtiraçısıdır.

Əvvəllər Barranın sevgilisi olan bu qadın hazırda Brinlə görüşür. Məhz bu qıcıqlandırıcı amil Hyuqo Barranı təcili Çin şirkətinə - bəzilərinin Çin "Apple"ı adlandırdıqları "Xiaomi"yə getməyə məcbur edib.
 
Hərçənd "Google"da açıq şəkildə bildirirlər ki, "Android"in keçmiş əsas istehsalçısı "ekosistemdə" qalacaq, əslində isə bu, qətiyyən belə deyil.
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024