Tarix:04/09/13
Eyni zamanda içməli su, çirkab suları, eləcə də yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək, tikinti və istismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq. Bu gün əldə edilən nailiyyətlər eyni zamanda Azərbaycanda informasiya texnologiyaları sahəsində genişmiqyaslı işlərin həyata keçirilməsindən xəbər verir”- deyə o bildirib.
O, eyni zamanda bildirib ki, layihəyə uyğun olaraq içməli su, çirkab su və yağış suları üzrə həm yeraltı, həm də yerüstü infrastrukturların elektron xəritələri yaradılır, hər bir bina üzrə nömrələnmə aparılır: “Bu sistem yeraltı infrastrukturun idarə olunması üzrə işlərin daha operativ həyata keçirilməsinə imkan verəcək. Növbəti mərhələdə abonent bazası üzrə məlumatlar da bu sistemə yerləşdiriləcək”.
Yeni sistemin köməyi ilə içməli suyun mənbədən istehlakçıya qədər, eləcə də yağış və çirkab suların axıdılmasının bütün mərhələlərinə dəqiqliklə nəzarət etmək mümkün olacaq: “3 illik layihə çərçivəsində işlər bu il daha da sürətlənib. 2014-cü ilin sonuna kimi Bakı şəhəri və Abşeron yarımadası, 2015-ci ilə qədər isə bütün ölkə üzrə layihənin reallaşdırılması başa çatdırılacaq”.
RƏVAN
İçməli su, çirkab və yağış suları vahid mərkəzdən idarə ediləcək
“Azərsu” ASC tərəfindən yeni texnologiyaların tətbiqi daha da sürətləndirilib. Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, cəmiyyətin “Yeraltı infrastrukturun idarə olunması – “CİS” layihəsi bu istiqamətdə tətbiq edilən ən mükəmməl layihələrdəndir. “Bu layihə Azərbaycanda içməli su və çirkab suları, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemidir. Yaradılan sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək, şəbəkələrdə baş verən qəzalar dərhal sistemdə qeydiyyata alınacaq.Eyni zamanda içməli su, çirkab suları, eləcə də yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək, tikinti və istismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq. Bu gün əldə edilən nailiyyətlər eyni zamanda Azərbaycanda informasiya texnologiyaları sahəsində genişmiqyaslı işlərin həyata keçirilməsindən xəbər verir”- deyə o bildirib.
O, eyni zamanda bildirib ki, layihəyə uyğun olaraq içməli su, çirkab su və yağış suları üzrə həm yeraltı, həm də yerüstü infrastrukturların elektron xəritələri yaradılır, hər bir bina üzrə nömrələnmə aparılır: “Bu sistem yeraltı infrastrukturun idarə olunması üzrə işlərin daha operativ həyata keçirilməsinə imkan verəcək. Növbəti mərhələdə abonent bazası üzrə məlumatlar da bu sistemə yerləşdiriləcək”.
Yeni sistemin köməyi ilə içməli suyun mənbədən istehlakçıya qədər, eləcə də yağış və çirkab suların axıdılmasının bütün mərhələlərinə dəqiqliklə nəzarət etmək mümkün olacaq: “3 illik layihə çərçivəsində işlər bu il daha da sürətlənib. 2014-cü ilin sonuna kimi Bakı şəhəri və Abşeron yarımadası, 2015-ci ilə qədər isə bütün ölkə üzrə layihənin reallaşdırılması başa çatdırılacaq”.
RƏVAN
Baxış sayı: 1361
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet