12px13px15px17px
Tarix:11/09/13

“Xbox Music” xidməti “iOS” və “Android” platformalarında əlçatandır

Microsoft korporasiyası "Android" və "iOS" platformaları ilə işləyən mobil qurğular üçün "Xbox Music" xidmətinin musiqi tətbiqini istifadəyə verib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, sözügedən tətbiq "Xbox Music" xidmətinin kolleksiyasındakı musiqiləri axın rejimində (yəni qurğuda saxlama imkanı olmadan) səsləndirməyə imkan verir.

Xidmət abunə sistemi üzrə işləyir. Ay ərzində tətbiq vasitəsilə musiqilərə qulaq asmaq üçün 10 ABŞ dolları ödəmək lazımdır.

"Android" və "iOS" platformaları üçün tətbiq çıxarılmasından başqa  "Xbox Music" xidmətinin veb-versiyası təqdim edilib. Sayt üzərindən ödənişsiz musiqi dinləmək mümkündür. Lakin reklamlar olacaq.
"Xbox Music" xidməti 2012-ci ilin oktyabrından fəaliyyət göstərir. Onun kolleksiyasına 30 milyondan çox musiqi daxildir.

Emil Hüseynov
 



Baxış sayı: 389

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2019

14/10/19
Məşhur ödəniş sistemləri “Facebook” kriptovalyutası layihəsini tərk ediblər

“Visa”, “MasterCard”, “Stripe” və “Mercado Pago” ödəniş sistemləri, eləcə də

14/10/19
Çində Marsın tədqiqi üçün raket nümayiş edilib

Çin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) Mars planetinin tədqiqi üçün göndəriləcək “Mars 1” k

14/10/19
Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək

Cari ilin 18-24 oktyabr tarixlərində Azərbaycanda ikinci dəfə təşkil olunacaq “InnoWeek – İnnovasiya həft

14/10/19
İstehlak İT bazarının həcmi 1,7 trilyon dollara çatacaq

“International Data Corporation” (IDC) şirkəti 2019-cu il və sonrakı illər üçün istehlak informasiya texn

14/10/19
Kompüter bazarının liderləri öz mövqelərini möhkəmləndiriblər

“Gartner” analitik şirkəti qlobal fərdi kompüter bazarı ilə bağlı keçirilmiş araşdırmanın nəticələrini tə

14/10/19
Smartfon vasitəsilə əşyanı müəyyənləşdirməyə imkan verən “Knocker” texnologiyası təqdim olunub

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) hazırlanmış "Knocker" texnologiyası obyektl

14/10/19
3D printerdə 2 ton ağırılığında gəmi çap edilib

3D printerdə 2,2 ton ağırlığında 7 metrlik gəmi çap edilib. Bu, indiyədək çap edilmiş ən böyük obyektdir,

13 10 2019