12px13px15px17px
Tarix:11/09/13

“iOS 7” platformasının çıxarılma tarixi açıqlanıb

“iOS 7” mobil əməliyyat sistemi sentyabrın 18-də çıxarılacaq.

“iPhone 4”, “4S” və “5” smartfonları, “iPad 2”, “3”, “4” və “iPad mini” planşetləri, beşinci nəsil “iPod touch” pleyerlərinin sahibləri yeni əməliyyat sistemini yeniləmə şəklində quraşdıra biləcəklər.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “iOS 7” platforması görünüşcə “Apple”ın mobil əməliyyat sistemlərinin əvvəlki versiyalarından fərqlənir.

Yeni platformada populyar sazlamalara sürətli giriş funksiyasına malik mükəmməlləşdirilmiş "İdarə mərkəzi" (Control Center), “AirDrop” protokolu və “iTunes Radio” musiqi xidməti kimi yeniliklər həyata keçirilib.
Xatırladaq ki, “iOS 7” platforması iyunun 10-da təqdim edilib. Amerika şirkətinin aparıcı dizayneri Conatan Ayv əməliyyat sisteminin hazırlanmasına rəhbərlik edib.

“App Store”nin Bakı nümayəndəliyindən verilən məlumata görə, Azərbaycan istifadəçiləri də sentyabr ayının 18-i “iOS 7” mobil əməliyyat sisteminin öz smartfonlarına yükləyə biləcəklər.
 
Emil Hüseynov



Baxış sayı: 644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024