Tarix:13/09/13
Seçki günü istər Azərbaycan vətəndaşları, istərsə də dünyanın digər yerlərində yaşayan insanlar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq Azərbaycanda keçirilən seçki prosesini izləyə bilər.
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib.
O bildirib ki, bu vaxta qədər ölkədə keçirilən seçkiləri izləmək mümkün olub, sadəcə olaraq bu dəfə kameraların sayı artırılıb: “Hazırda paytaxtda cəmi 8 seçki məntəqəsinə kamera quraşdırılmayıb. Bunun da əsas səbəbi həmin məntəqələrin yerləşdiyi məktəblərdə təmir işlərinin aparılmasıdır. Lakin nəzərinizə çatdırım ki, yaxın günlərdə təmir işləri başa çatacaq. Bundan sonra biz həmin məntəqələrə də kameraları quraşdıracağıq. Bir sözlə qeyd edim ki, seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. Ona görə də MSK-nın saytı vasitəsilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacaqlar”.
X.Kişiyev bildirib ki, seçki məntəqələrində quraşdırılan kameralarla bağlı artıq sınaqlar keçirilib və yüksəksəviyyəli, keyfiyyətli görüntüyə nail olunub.
Seymur Qasımbəyli
296 seçki məntəqəsinə kamera quraşdırılıb
Ölkədə keçiriləcək prezident seçkilərinin hər kəs tərəfindən müşahidə aparmasını təmin etmək məqsədi ilə paytaxtda yerləşən 296 seçki məntəqəsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi tərəfindən kameralar quraşdırılıb.Seçki günü istər Azərbaycan vətəndaşları, istərsə də dünyanın digər yerlərində yaşayan insanlar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq Azərbaycanda keçirilən seçki prosesini izləyə bilər.
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib.
O bildirib ki, bu vaxta qədər ölkədə keçirilən seçkiləri izləmək mümkün olub, sadəcə olaraq bu dəfə kameraların sayı artırılıb: “Hazırda paytaxtda cəmi 8 seçki məntəqəsinə kamera quraşdırılmayıb. Bunun da əsas səbəbi həmin məntəqələrin yerləşdiyi məktəblərdə təmir işlərinin aparılmasıdır. Lakin nəzərinizə çatdırım ki, yaxın günlərdə təmir işləri başa çatacaq. Bundan sonra biz həmin məntəqələrə də kameraları quraşdıracağıq. Bir sözlə qeyd edim ki, seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. Ona görə də MSK-nın saytı vasitəsilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacaqlar”.
X.Kişiyev bildirib ki, seçki məntəqələrində quraşdırılan kameralarla bağlı artıq sınaqlar keçirilib və yüksəksəviyyəli, keyfiyyətli görüntüyə nail olunub.
Seymur Qasımbəyli
Baxış sayı: 955
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet