12px13px15px17px
Tarix:17/09/13

“Sailfish OS” əməliyyat sistemi “MeeGo” ilə uyğunluğa malik olacaq


 
Finlandiyanın “Jolla” şirkətinin hazırladığı “Sailfish OS” mobil əməliyyat sistemi “Android” platforması ilə tam uyğunluğa malik olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sözügedən uyğunluq həm proqram, həm də aparat səviyyəsində həyata keçiriləcək. Bu o deməkdir ki, birincisi, “Sailfish OS” ilə işləyən qurğuda “Android” üçün yazılmış proqramları icra etmək mümkün olacaq, ikincisi, sözügedən sistemi “Google”un əməliyyat sistemi ilə işləyən smartfon və planşetlərə quraşdırmaq mümkün olacaq.

“Jolla” şirkətinin direktoru Tom Pienimyaki qeyd edib ki, “Sailfish OS” mühitində “Android” üçün yaradılmış “Instagram” fotomübadilə tətbiqi, “WhatsApp” messenceri və “Spotify” musiqi xidməti  də işləyəcək.
Xatırladaq ki, “Jolla” şirkəti 2011-ci ildə “Nokia” şirkətinin sabiq əməkdaşları tərəfindən yaradılıb. Onlar fin şirkətində yaradılmış və “Linux” nüvəsinə əsaslanan “MeeGo” əməliyyat sistemi üzərində işə davam etmək istəyibilər.

Emil Hüseynov
 



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024