12px13px15px17px
Tarix:21/09/13

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun proqram təminatı hazırlanır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun proqram təminatının hazırlanması üzrə işlər  yaxın zamanda başa çatacaq.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, fondun icraçı direktoru Elçin Zeynalovun sözlərinə görə,  proqram təminatının yaxın iki ay ərzində artıq istifadəyə verilməsi gözlənilir.

“Bu proqram təminatı vasitəsilə qrantların, kreditlərin faiz dərəcələrinin hesablanması, layihələrin qəbulu, kreditlərin ayrılması,  fondun digər qurumlarla , müvəkkil bank və bank olmayan kredit təşkilatları ilə əməkdaşlığı nəzərdə tutulur. Ümumi məlumat bazası yaradılacaq və bu məlumat bazası üzərindən fondun banklarla qarşılıqlı işi təşkil ediləcək. Banklara müvafiq proqram təminatı və internet xidmətləri pulsuz təqdim ediləcək”, - deyə o bildirib.

E. Zeynalovun sözlərinə əsasən, fondun binası artıq tam hazırdır, İnşaatçılar prospekti 2 ünvanında yerləşir. Qurumun rəsmi saytı isə “www.ictfund.gov.az”  veb ünvanında yerləşir.

Aynur Vəliyeva
 



Baxış sayı: 1036

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024