12px13px15px17px
Tarix:23/09/13

Bir gün ərzində “iOS 7” platforması 35% qurğuda quraşdırılıb

İstifadəçilərin “iOS 7” platformasına birmənalı reaksiyasına baxmayaraq sözügedən əməliyyat sistemi açıq-aydın populyarlaşır. Bir sıra analitik şirkətlərin məlumatlarına görə, istifadəyə veriləndən 24 saat sonra yeni əməliyyat sisteminin nüfuzetmə səviyyəsi təxminən 30% təşkil edib.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki,  “Chitika” şirkəti iddia edir ki, 24 saatdan sonra “iOS 7” ilə işləyən qurğular ABŞ-da trafikin 18.2%-ni yaradıb.

Xatırladaq ki, “iOS 6” platformasında sözügedən göstərici bir sutkadan sonra 14,8% olub. Mobil trafik üzrə ixtisaslaşmış “Mixpanel” analitik şirkətinin şəbəkəsində bir gün ərzində “Apple”ın yeni platforması ilə işləyən cihazların sayı 35%-ə çatıb.

Emil Hüseynov
 



Baxış sayı: 611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024