12px13px15px17px
Tarix:26/09/13

Dünyanın ən qədim qəzeti çap versiyasından imtina edir

Dünyanın ən qədim qəzeti çap versiyasının buraxılışından imtina və internet məkana keçid haqqında qərar qəbul edib. “Lloyd's List” nəşrinin əsası 1734-cü ildə qoyulub. Bu günlərdə bildirilib ki, qəzət fəaliyyətini davam etdirir, lakin bu ilin dekabrında çap versiyasının fəaliyyətini tamamilə dayandıracaq və işinə yalnız rəqəmli variantda davam edəcək.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, qəzet hazırda qlobal dəniz daşımaları bazarları ilə bağlı xəbər və analitik məzmunun tədarükçüsü hesab edilir. Nəşrin menecmenti qəzetin çap versiyasına marağın azalmasını qeyd edib. Bu yaxınlarda keçirilmiş araşdırmanın nəticəsinə əsasən, nəşrin oxucularının yalnız 2%-i çap  versiyasından istifadə edir.

"Oxucularımızın böyük əksəriyyəti rəqəmli versiyaya üstünlük verirlər" – nəşrin baş redaktoru Riçard Mid deyib. "Rəqəmli yanaşma yeni imkanlar təklif edir, bundan başqa, onun köməkliyi ilə xəbərləri oxuculara daha sürətli təqdim edən nəşr yaratmaq olar.

Emil Hüseynov



Baxış sayı: 946

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024