12px13px15px17px
Tarix:27/09/13

Bill Qeyts etiraf edib: “Ctrl+Alt+Del klavişlər kombinasiyası səhv qərar nəticəsində yaranıb”

“Microsoft”un keçmiş direktoru Bill Qeyts bəzən olduqca maraqlı çıxışlar edir. Bu dəfə də belə olub. Harvard Universitetində müsahibə zamanı o etiraf edib ki, sistemə giriş üçün “Ctrl+Alt+Del” klavişlər kombinasiyasından istifadə qərarı səhv olub.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, tədbir zamanı aparıcı Bill Qeytsdən soruşub ki, bu kimin ideyası olub və yaradıcı nəyə əsaslanıb? Bill dərhal cavab verib ki, bu qərar səhv olub. Gözlənilməz etiraf zalda gülüş doğurub.

"İlk öncə biz sistemə giriş əməliyyatı üçün bir düymədən istifadə etmək istəyirdik, lakin “IBM” klaviaturasının dizaynına görə məsuliyyət daşıyan gənc bizim ideyamızı qəbul etmədi” – Qeyts deyib.

Xatırladaq ki, kompüterin yenidən yüklənməsi üçün nəzərdə tutulmuş sözügedən klaviş kombinasiyasını “IBM PC” kompüterinin yaradılması üzərində işləyən mühəndis Devid Bredli fikirləşib. Sonralar cənab Bredli deyib ki, bu kombinasiyanı o fikirləşsə də, lakin məhz Bill Qeyts onu bütün dünyada tanıdıb.


Emil Hüseynov



Baxış sayı: 944

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024