12px13px15px17px
Tarix:28/09/13

Azərbaycanda lisenziyalı filmlər yayımlayacaq onlayn kinoteatr yaradılıb


Azərbaycanda filmləri internet üzərindən yayımlayacaq yeni bir startap (startup) layihəsi fəaliyyətə başlayıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə,  “Paradox” yeni loqo hazırlayıb. Belə ki, "Screen.az" onlayn-kinoteatrı yüksəkkeyfiyyətli video-kontentə malik startapdır.
 
Bunun üçün formalaşdırılan sayt artıq istifadəçilərin ixtiyarına verilib. Əsas məqsəd saytın hazırkı dizaynını daha müasir və aydın göstərmək olub. Loqotip saytın əsas elementi — "position slider" və brend adının birləşməsindən yaranıb.
 
 
Qeyd edək ki, istifadəçilər "Screen.az" vasitəsilə istədikləri filmləri əldə edərək baxa bilərlər. Əldə etdiyimiz məlumatlara görə, sözügedən startap layihəsində təqdim edilən filmlər lisenziyalıdır və özünün yüksəkkeyfiyyətliliyi ilə seçilir.
 
SEYMUR



Baxış sayı: 826

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024