12px13px15px17px
Tarix:30/09/13

Dünyada “Windows” sistemli ən çox satılan qurğu “Lumia 520” smartfonudur

“Microsoft” korporasiyası bu yaxınlarda əməkdaşları ilə ənənəvi qapalı görüş keçirərək “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən aparatların satışı ilə bağlı bəzi maraqlı faktları açıqlayıb.

Belə ki, korporasiya bildirib ki, dünyanın bir neçə bazarında qiyməti 100 dollardan başlayan “Nokia Lumia 520” smartfon modeli (bu model WP-aparatların ümumi satış həcminin təxminən 30 faizinə sahibdir) hazırda dünyada “Windows Phone” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən populyar aparatdır. Bundan başqa, model texniki uyğunluğuna görə hazırda dünyada ən çox satılan “Windows” qurğusu olmaqla bazardakı qalan fərdi kompüter, planşet kompüter və digər qurğuları geridə qoyub. Bu isə tam məntiqə uyğundur, çünki smartfon çox əlverişli qiymətə satılır.

 “Microsoft” korporasiyası “Windows Phone” platformasına investisiya yatırmaqda davam edir və bu da tədricən öz bəhrəsini verir. Bununla yanaşı, korporasiya tərəfindən Finlandiyanın “Nokia” şirkətinin satın alınması da ABŞ istehsalçısının mobil bazarda payının artmasına kömək edə bilər, - “3DNews www.3dnews.ru” yazır.    



Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024