12px13px15px17px
Tarix:02/10/13

“Windows XP” əməliyyat sisteminin bazar payı sürətlə azalır

"Net Applications" tədqiqat şirkətinin məlumatına görə, bu ilin sentyabrında "Windows XP" əməliyyat sisteminin (ƏS) bazar payı 2,25% azalıb.

"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki,  "Windows 8" ƏS-i isə əksinə, tədricən bazar payını artırır. Sentyabrda onun payı 8,02% olub.

Xatırladaq ki, avqustda 7,4%, iyulda isə 5,4% təşkil edib. "Windows 7" ƏS-nin bazar payı demək olar, dəyişməyib: avqustda və sentyabrda müvafiq olaraq 45,63% və 46,43%.  Masaüstü əməliyyat sistemləri bazarında "Microsoft" (89.4%) lider olaraq qalır.

Tədqiqat şirkətinin statistikasına əsasən, mobil əməliyyat sistemləri bazarında "iOS" birinci, "Android" isə ikinci yerdə qərarlaşıb.

Emil Hüseynov





Baxış sayı: 726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024