12px13px15px17px
Tarix:04/10/13

“Android” ilə işləyən qurğuların təxminən 50%-i “Jelly Bean” versiyasından istifadə edir

Amerikanın “Google” şirkəti ona məxsus “Android” mobil platformasının müxtəlif versiyalarından istifadə haqqında statistikanı açıqlayıb. Yeni məlumatlara əsasən, “Jelly Bean” modifikasiyası bütün aktivləşdirilmiş “Android” qurğularının təxminən 50%-nə quraşdırılıb.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, statistikaya əsasən, smartfon və planşetlərin 48.6%-nə “Android 4.1.x”, “4.2.x” və “4.3” versiyaları quraşdırılıb. İkinci yerdə 28,5%  göstəriciyə malik “Gingerbread” versiyası qərarlaşıb.

Qeyd etmək lazımdır ki, “Google” şirkəti “Android” platformasının müxtəlif versiyaları ilə işləyən qurğuların hesablanması üçün yeni daha dəqiq metodikadan istifadə barədə məlumat verib. Hazırda “Google Play Store” mağazasına hər daxilolma zamanı qeydiyyat aparılır.

“Android”in növbəti versiyasının nömrəsi 4.4 və adı “KitKat” olacaq.

Emil Hüseynov



Baxış sayı: 709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024