Tarix:10/10/13
“J’son & Partners Consulting” şirkəti mobil əlavələr sahəsində telekommunikasiya operatorlarının strategiyası üzrə tədqiqatın nəticələrini təqdim edib.
Aparılan araşdırmalara əsasən, dünyanın mobil rabitə operatorlarında səsli rabitə və SMS/MMS-dən əldə olunan gəlirin azalması müşahidə olunur. Buna səbəb operatorlar arasında rəqabət və abunəçilər tərəfindən kommunikasiya xidmətlərindən istifadə modelinin dəyişməsidir.
Hazırda mobil əlavələr populyarlığının ən yüksək həddinə çatıb, eləcə də mobil əlavə tərtibatçılarının, istifadəsi mümkün olan əlavələrin və onların yüklənməsi sayı artır. Getdikcə daha çox şirkət öz sahəsində uğur qazanmağa və rəqiblərini ötməyə kömək edəcək əlavələrin hazırlanmasına maraq göstərir. Əvvəllər mobil əlavələr bazarı mobil kontent seqmenti idisə, hazırda o, ayrıca istiqamət kimi fəaliyyət göstərir.
Mobil əlavələr bazarının əsas oyunçuları “AppStore”, “Google Play”, “Windows Phone Store”, “BlackBerry App World”, “Nokia Ovi Store”, “Samsung Apps” və digər mağazalardır.
Mobil əlavələr bazarı 2008-ci ildə təşəkkül tapmağa başlayıb. Əlavələrin yayılması üçün innovasiya modelini işə salan ilk şirkət “Apple” olub. Nəticədə “Google” şirkəti bu bazara çıxaraq “Apple”a ciddi rəqibə çevrilib. Əvvəlcə mobil kontenti “VAS” modeli üzrə yayan mobil rabitə operatorları yeni əməliyyat sistemlərinin yaranması ilə bazarda öz rolunu dəyişib.
Proqnozlara görə, 2013-cü ilin sonunadək mobil əlavələr bazarının həcmi 16,3 milyard dollar təşkil edəcək, 2016-cı ildə isə bu göstərici 65,8 milyard dollara çatacaq, - “CNews www.cnews.ru” yazır.
2016-cı ilədək mobil əlavələr bazarının həcmi 65,8 milyard dollara çatacaq

Baxış sayı: 726
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)