12px13px15px17px
Tarix:18/10/13

Azərbaycan istifadəçiləri yeni “Windows 8.1” qurğularını yükləyə bilərlər

 “Microsoft” korporasiyası “Windows 8” əməliyyat sisteminin yenilənmiş versiyasını – “Windows 8.1” istifadəyə verib və bu gündən etibarən Azərbaycan istifadəçiləri onu yükləyə bilərlər.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, yeni əməliyyat sistemi geniş qurğular spektri üçün unikal və şəxsi təcrübəni özündə əks etdirir.
 
 230-dan artıq bazarda və 37 dildə olan “Windows 8” istifadəçiləri “Windows Store”dan onlayn qaydada təmənnasız olaraq yenilənmiş əməliyyat sistemini yükləyə bilərlər. Bu gündən yenilənmiş əməliyyat sistemi bütün dünya üzrə pərakəndə ticarət obyektlərində realizə olunan yeni qurğularda tətbiq ediləcək.
 
“Windows 8.1” fərdiləşdirilmiş istifadə baxımından “Windows” görüntüsünü inkişaf etdirir və eyni zamanda, “Microsoft”un sürətli inkişafa sədaqətini nümayiş etdirir. Sözügedən yenilənmə istifadəçilər üçün yeni innovativ qurğuların yaranmasını təcəssüm edir. Bu qurğuların əksəriyyəti sensor ekranlıdır və müxtəlif qiymət kateqoriyalarında hesablama gücünü, xüsusi dizayn və enerjisaxlama qabiliyyətini nümayiş etdirəcək.
 
“Windows 8.1” bir çox kökləmə və funksional təkmilləşmələr təklif edir, o cümlədən, yüksək fərdilik, daha asan yönlənmə, təkmilləşdirilmiş axtarış, "Start" düyməsində geniş əlavələr və xidmət seçimi, bir çox funksiyanı eyni vaxtda həyata keçirmək imkanı, “SkyDrive” “bulud” sistemi ilə intensiv inteqrasiya.
 
"Windows Store"un yenilənmiş dizaynı onun istifadəsini və proqram seçimini asanlaşdırır. Yeni sxemlər və kateqoriyalar, məsələn, "New & Rising", yeniliklərdən hər zaman xəbərdar olmaq imkanı yaradır. "Bing" axtarışları əsnasında istifadəçi üçün ən maraqlı proqramlar seçilir və ona təqdim olunur. "Windows 8.1" bütün proqramların avtomatik yenilənməsini nəzərdə tutur, bu yenilik vasitəsilə istifadəçilər proqramların ən son və ən yaxşı versiyalarından yararlanır. Məsələn, "Fresh Paint" proqramına yeni sulu boya və qrafit qələmlər toplusu əlavə olunub.
 
Aynur Vəliyeva



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024