12px13px15px17px
Tarix:21/10/13

“Android” korporativ sektorda populyarlaşır

Hərçənd ki "Android" qlobal smartfon bazarında sözsüz liderdir, lakin korporativ sektorda bu mobil platforma "iOS" ilə rəqabət aparmaq iqtidarında deyil. "Apple" şirkətinin həllinin korporativ istifadəçilər arasında hökmranlığı "Good Technology" şirkətinin analitikləri tərəfindən təsdiq olunub.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, onların hesablamasına əsasən, 2013-cü ilin üçüncü rübündə iş məqsədləri üçün şirkətlərin əməkdaşları tərəfindən aktivləşdirilmiş smartfonların 72%-i "iOS" platformasının payına düşüb. "Android" mobil əməliyyat sisteminin payı 27% təşkil edir, lakin internet nəhənginin sistemi tədricən korporativ sektorda populyarlaşır.

Hələ ki korporativ sektorun yalnız 1%-nə nəzarət edən "Windows Phone" platformasının inkişafı gözlənilir. "Good Technology" şirkətinin direktoru deyib ki, "Microsoft" öz planşetləri sayəsində daha çox iş adamı cəlb edə biləcək.

Emil Hüseynov



Baxış sayı: 638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024