12px13px15px17px
Tarix:21/10/13

“Windows 8” əməliyyat sistemi qüsurlu çıxdı


“Microsoft” korporasiyası rəsmi saytından “Windows 8” əməliyyat sistemi üçün nəzərdə tutulan ilk “Windows 8.1” yenilənməsini çıxarıb. Yenilənmənin yüklənməsi üçün səhifədə korporasiyanın yaradılan narahatlığa görə istifadəçilərdən üzrxahlığı və problemin tezliklə aradan qaldırılacağı vədi yerləşdirilib.  

Yenilənmənin çıxarılmasına səbəb yenilənmə işində yaranan qüsurlar olub. Lakin “Microsoft” nümayəndələri hansı qüsurların aşkar edilməsi barədə məlumat verməyərək əminliklə qeyd ediblər ki, tezliklə yenilənmələr və “Windows 8.1” üzərində gedən işlər barədə məlumat veriləcək. Bundan başqa, korporasiya nümayəndələri bildiriblər ki, yeni sistemin işində yaranan problemlər yalnız məhdud sayda istifadəçilərə aid olub.   

Qeyd edək ki, 1975-ci ildə təsis edilən “Microsoft” korporasiyası proqram təminatı istehsalı, xidmətlərin təqdimi və fərdi kompüter və serverlər üçün internet texnologiyalarının işlənməsində dünya lideridir, - “RBK www.rbc.ru” yazır.    
 



Baxış sayı: 915

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024