12px13px15px17px
Tarix:26/10/13

“Android” əməliyyat sistemi ilə idarə edilən multimedia kompleksləri quraşdırılacaq


 
Bu ilin sonuna kimi “Hyundai Genesis” və “Kia Soul” modellərində şirkətlərin öz proqramları əvəzinə “Android” əməliyyat sistemi ilə idarə edilən multimedia kompleksləri quraşdırılacaq.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, gələn il konsernin bütün modelləri “Google”dan mobil platforma əsasında infoteymentlər əldə edəcəklər.
 
“Hyundai Motor Group” konserninə daxil olan “Hyundai” və “Kia” şirkətləri avtoistehsalçılar arasında özlərinə məxsus avtomobil informasiya-əyləncəli sistemlərinin yaradılmasında “Android” əməliyyat sistemini istifadə edən ilk şirkətlər olacaqlar.
Əvvəlcə naviqasiya bu ilin sonunadək buraxılacaq, “Android” mühitində “Hyundai Genesis” və “Kia Soul” yenilənmiş modellərində tətbiq ediləcək. Gələn il bu opsiya konsernin bütün yeni avtomobillərində tətbiq ediləcək.
Müasir “Kia” avtomobilləri nitqin tanınması texnologiyasını və smartfon vasitəsilə internetə qoşulma imkanını daxil edən “Uvo” informasiya-əyləncə sistemləri ilə təchiz edilir. “Hyundai”da bu kompleks “Bluelink” adını daşıyır. Bu sistem maşının məsafədən işə salınmasını və mühərrikin SMS vasitəsilə söndürülməsini təmin edə bilər.
“Android” smartfonu ilə idarə edilən naviqasiya sistemlərinə qoşulduqda bəzi funksiyaları eyni platformada salonun daxilində quraşdırılmış displey vasitəsilə idarə etmək olacaq. Ehtimal edilir ki, bort kompleksi “Google” servislərin dəstəyini alacaq, o cümlədən “Google Maps” kartoqrafik servisin və “Google Play” onlayn portalının, harada ki, multimedia kontenti yerləşdirilib.
Ehtimal edilir  ki, “Hyundai” və “Kia” avtomobillərində müəyyən proqramlarla uyğunlaşdırılmış xüsusi “Android” versiyası quraşdırılacaq. Bir çox elektronika istehsalçıları əməliyyat sistemini öz tələbatlarına uyğunlaşdırırlar və hətta şəxsi əlavələr mağazası ilə təmin edirlər. Misal üçün, belə yanaşmanı “Amazon” şirkəti istifadə edir.
“Hyundai” və “Kia” şirkətlərinin buraxacağı “Android”-infoteymentlərində nəqliyyat vasitəsini mobil qurğu vasitəsilə məsafədən idarə etmək imkanı verən tematik funksional əmələ gələcək. Smartfonla avtomobil arasında rabitə “Wi-Fi” texnologiyası və ya simsiz birləşmə vasitəsilə qurulacaq.
 
Aynur Vəliyeva



Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024