12px13px15px17px
Tarix:29/10/13

Azərbaycan dilində yeni klaviatura düzülüşü “Windows 8.1”-ə inteqrasiya edilib

Azərbaycan dilində olan yeni klaviatura düzülüşü “Windows” Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib.

“Microsoft Azerbaijan” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, təkmilləşdirilmiş yeni klaviatura düzülüşü Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təklif olunub, hazırlanıb və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni milli standart kimi qəbul olunub.
Öz növbəsində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə yeni klaviatura düzülüşü “Microsoft Azerbaijan” şirkəti tərəfindən “Windows 8.1” Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib ki, istifadəçilər istəyinə uyğun olaraq, həm yeni, həm də bundan öncəki klaviatura düzəlişindən yararlana bilərlər.

Qeyd edək ki, Azərbaycan dilində olan yeni klaviatura düzülüşü optimallaşdırılıb və istifadədə daha rahatdır. Yeni düzülüşdə əvvəlkindən fərqli olaraq Azərbaycan dilinin bütün nüansları nəzərə alınıb.

Aynur Vəliyeva
 
 



Baxış sayı: 1595

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024