12px13px15px17px
Tarix:30/10/13

Virtual oğrular “Adobe” şirkətini nüfuzdan salıb

Hakerlər “Adobe Systems” şirkətinin 38 milyon istifadəçisinin məlumatlarını oğurlayıb. Oğurlanan məlumatlar  əsasən “Adobe Acrobat”, “ColdFusion”, “ColdFusion Builder” məhsulları istifadəçilərinə aiddir. Bundan başqa, hakerlər “Adobe”un bəzi proqramlarının çıxış kodlarını da əldə etməyə nail olublar.

Şirkət nümayəndəsi Bred Arkin hakerlərin istifadəçi səhifələrinin login və parollarını, eləcə də onların şifrlənmiş bank kartları məlumatlarını oğurladığını bildirərək müdaxilə edənlərin bu məlumatların şifrini aça biləcəklərinə inanmadığını əlavə edib.   

Şirkət bütün istifadəçilərə səhifələrinin parollarını dəyişməyi məsləhət görüb. “Adobe”un  mətbuat katibi Hizer Edel qeyd edib ki, müdaxilənin nəticələrinin aradan qaldırılması üçün şirkət tərəfdaşlar və hüquq-mühafizə orqanları ilə birlikdə çalışır.    

Haker müdaxiləsi ilə bağlı ilk məlumat oktyabrın 3-də yayılıb. O zaman 2,9 milyon faylın oğurlanması bildirilib, - “Vesti www.vesti.ru” yazır.



Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024