Tarix:01/11/13
“4.4” platformasında əsas yeniliklərdən biri təkmilləşdirilmiş telefon tətbiqi olub. Belə ki, artıq yalnız ünvan kitabçasındakı məlumatlar deyil, həm də coğrafi yaxınlıq üzrə yerləşən şirkətlərin kontakt məlumatları göstərilir. Bu informasiya “Google Maps”dan götürülür. SMS və “MMS Hangouts” tətbiqində açılır.
Bundan başqa, şirkət ƏS-nin interfeysini dəyişdirib.
“Google” şirkətindən bildirilib ki, “Android 4.4” platforması texniki xüsusiyyətləri zəif olan aparatlarda işləyə biləcək. Əməliyyat sisteminin işləməsi üçün 512 MB əməli yaddaş kifayətdir.
Şirkət, həmçinin “Android” platformasının bəzi əsas proqramlarını yeniləyib və ƏS-nə yeni tətbiqlər əlavə edib: “Quickoffice” ofis paketi, addımölçən və “Emoji” klaviaturası.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Android 4.4” platforması əsaslı ilk smartfon yeni ƏS ilə eyni zamanda təqdim edilmiş “LG Nexus 5” aparatı olacaq. Yaxın həftələr ərzində “Nexus 4”, “Nexus 7” və “Nexus 10”, həmçinin “Samsung Galaxy S4 Google Edition” və “HTC One Google Edition” smartfonlarının istifadəçiləri əməliyyat sistemini 4.4 versiyasına kimi yeniləyə biləcəklər.
“Android” dünyanın ən populyar mobil əməliyyat sistemidir. 2013-cü ilədək bu platforma ilə işləyən milyarddan çox qurğu aktivləşdirilib.
Bu platformanın çatışmazlıqlarından biri fraqmentlik hesab edilir: 4.1.x sistemin ən populyar versiyasıdır. Qurğuların 36.5%-i bu sistemlə işləyir.
Emil Hüseynov
“Google” şirkəti “Android 4.4” platformasını çıxarıb
“Google” şirkəti dünən “Android 4.4” mobil əməliyyat sistemini təqdim edib. Yeni platforma “Nestle” şirkəti tərəfindən istehsal edilən şokolad batonunun şərəfinə “KitKat” adlandırılıb.“4.4” platformasında əsas yeniliklərdən biri təkmilləşdirilmiş telefon tətbiqi olub. Belə ki, artıq yalnız ünvan kitabçasındakı məlumatlar deyil, həm də coğrafi yaxınlıq üzrə yerləşən şirkətlərin kontakt məlumatları göstərilir. Bu informasiya “Google Maps”dan götürülür. SMS və “MMS Hangouts” tətbiqində açılır.
Bundan başqa, şirkət ƏS-nin interfeysini dəyişdirib.
“Google” şirkətindən bildirilib ki, “Android 4.4” platforması texniki xüsusiyyətləri zəif olan aparatlarda işləyə biləcək. Əməliyyat sisteminin işləməsi üçün 512 MB əməli yaddaş kifayətdir.
Şirkət, həmçinin “Android” platformasının bəzi əsas proqramlarını yeniləyib və ƏS-nə yeni tətbiqlər əlavə edib: “Quickoffice” ofis paketi, addımölçən və “Emoji” klaviaturası.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Android 4.4” platforması əsaslı ilk smartfon yeni ƏS ilə eyni zamanda təqdim edilmiş “LG Nexus 5” aparatı olacaq. Yaxın həftələr ərzində “Nexus 4”, “Nexus 7” və “Nexus 10”, həmçinin “Samsung Galaxy S4 Google Edition” və “HTC One Google Edition” smartfonlarının istifadəçiləri əməliyyat sistemini 4.4 versiyasına kimi yeniləyə biləcəklər.
“Android” dünyanın ən populyar mobil əməliyyat sistemidir. 2013-cü ilədək bu platforma ilə işləyən milyarddan çox qurğu aktivləşdirilib.
Bu platformanın çatışmazlıqlarından biri fraqmentlik hesab edilir: 4.1.x sistemin ən populyar versiyasıdır. Qurğuların 36.5%-i bu sistemlə işləyir.
Emil Hüseynov
Baxış sayı: 794
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)