12px13px15px17px
Tarix:05/11/13

“Windows XP” virus təhlükəsinə görə texniki dəstəyi itirəcək

“Windows XP” virus təhlükəsinə görə texniki dəstəyi itirəcək. Bu barədə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
 
Mərkəz qeyd edib ki, sözügedən məsələni ortaya çıxaran vəziyyət “NetMarketShare”-in tədqiqatlarında da əksini tapıb. Belə ki, tədqiqatlar göstərir ki, “Windows XP”-yə tələbat getdikcə azalır. Buna səbəb isə haker hücumları qarşısında onun qorunmasının gündən-günə aşağı düşməsidir:
 
 “Bununla yanaşı, “Windows 8.1”-in yeni versiyası müştərilərə etibarlı antivirus funksiyası təqdim edir. “Microsoft Windows 8” bazasında olan kompüterlərin sayının artması üçün hətta “Windows 8”-in yenilənməsini ödənişsiz etdi.
 
“Security Intelligence Report Volume 15” hesabatında “Windows 8” “Microsoft”un bundan öncəki əməliyyat sistemləri içərisində ən yüksək təhlükəsizliyə malikdir. “Misal olaraq bildirmək istərdik ki, yoluxma səviyyəsinin ölçülməsində “Windows XP” 1000-dən 9.1, “Windows 8” isə 1000-dən 1.6 göstərici toplayıb”. Beləliklə, 2014-cü ilin aprel ayının 8-də “Microsoft” “Windows XP” üçün proqram və antivirus dəstəyini tam olaraq məhdudlaşdıracaq”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024