12px13px15px17px
Tarix:05/11/13

“Android” sistemli qurğuların yarıdan çoxu “Jelly Bean” versiyası ilə işləyir

“Google” şirkəti “Android” əməliyyat sisteminin müxtəlif modifikasiyalarının populyarlığı ilə bağlı statistikanı açıqlamaqda davam edir. Yeni məlumatlara əsasən, “Jelly Bean” versiyası “Google Play” kataloquna çıxışı olan bütün aktiv “Android” sistemli qurğuların yarıdan çoxunda quraşdırılıb.

Hesablamalar oktyabrın son həftəsinin yekunları üzrə aparılıb. “Android 4.1.x”, “Android 4.2.x” və “Android 4.3” sistemlərinin idarəetməsi ilə işləyən smartfon və planşet kompüterlərin ümumi payı 52,1 faizə çatıb, halbuki bir ay əvvəl bu göstərici 48,6 faizə bərabər olub.

“Android” sistemli qurğularda yayılma üzrə ikinci yeri 26,3 faizlik payla 2011-ci ilin fevralında buraxılan “Gingerbread” versiyası tutur. Liderlər üçlüyünün aktivində 19,8 faiz olan “Ice Cream Sandwich” (Android 4.0.3 və Android 4.0.4) versiyası qərarlaşıb. Bununla yanaşı, “Android 2.2 Froyo” 1,7, “Android 3.2 Honeycomb” 0,1 faizlik paya sahibdir.  

Oktyabr seçimində bir neçə gün əvvəl “Nexus 5” smartfonu ilə birlikdə təqdim edilən “Android 4.4” sisteminin “KitKat” versiyası haqqında məlumatlar daxil edilməyib. Tezliklə bu platforma populyar smartfon və planşetlərdə quraşdırılacaq, odur ki, “Android 4.4 KitKat”ın iştirakı növbəti ayların statistikasında nəzərə alınacaq, - "3DNews www.3dnews.ru” yazır.   



Baxış sayı: 765

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024