12px13px15px17px
Tarix:18/11/13

Texnika və informatika üzrə ortaq terminologiya lüğəti hazırlanır

Türkdilli xalqların texnika, informatika və sair üzrə ortaq terminologiya lüğəti hazırlanır. Artıq ortaq texniki terminlər üzrə çox böyük işlər görülüb.
 
Bu barədə açıqlama verən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova qeyd edib ki, bu ilin sonuna qədər sözügedən lüğətin I, gələn il isə II hissəsi çap ediləcək. Bundan sonra isə türkdilli ölkələr üçün informatika sahəsi üzrə ortaq terminoloji lüğətin hazırlanmasına start veriləcək. Ortaq terminologiya yaradıldıqdan sonra artıq türkdilli ölkələrdə eynimənalı terminlərdən istifadə edilərkən ortaq terminlər əsas götürüləcək:
 
 “Hazırda türk dillərinin əksəriyyətində daha çox birbaşa ingilis dilindən terminlər alınır. Bu gün istər Azərbaycanda, istərsə də digər türkdilli ölkələrdə yeni yaranan sözlərin 90 faizini terminlər təşkil edir. Dili inkişaf etdirməkdən ötrü isə ilk növbədə terminologiya məsələləri müzakirə edilməlidir. Dilimizə daxil olan terminlərin özününküləşdirilməsi yolları müəyyən edilməlidir. Vaxtilə bizim dilimizə ərəb və fars dillərində olan xeyli termin keçib. Onların əksəriyyəti dilimizdə özünə yer tapıb. Artıq onlar ərəb və fars dillərində işlənməyən mənalarda bizim dilimizdə işlənir. Dilin gələcək inkişafını müəyyənləşdirmək birinci növbədə terminlərlə bağlıdır. Ona görə də bu problem yalnız Azərbaycanda deyil, bütün türkdilli ölkələrdə geniş şəkildə müzakirə olunur”.
 
 
SEYMUR
 



Baxış sayı: 1721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024