Tarix:19/11/13
Azərbaycanın mobil qurğular və smartfonlar bazarına gələn il “Microsoft” şirkətinin yeni smartfonları təqdim ediləcək.
Şirkətin Mərkəzi və Şərqi Avropa regionunun inkişaf edən ölkələr üzrə baş meneceri Takuya Hiranonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda yerli bazarda “Microsoft”un buraxdığı “Windows Phone” qurğuları müəyyən populyarlıq əldə edib.
“Qısa müddət ərzində bu qurğulara olan maraq artıb və hazırda yerli bazarda “Windows Phone” istifadəçilərinin sayı ümumi smartfon bazarının 10%-ni təşkil edir. Gələn ilin əvvəlində biz “Nokia”nın mobil qurğular və əlavələr bölməsi ilə birləşmə prosesini tam başa çatdıracağıq və bundan sonra Azərbaycan bazarına yeni mobil qurğular təqdim edəcəyik”,- deyə o bildirib.
Qeyd edək ki, analitiklərin araşdırmalarının nəticələrinə əsasən 2013-cü ilin iyul-sentyabr aylarında “Windows Phone” mobil əməliyyat sistemi Avropa ölkələrində mövqeyini gücləndirib. “Microsoft”un platforması İtaliyada “iOS” platformasını ötməyə müvəffəq olub. Analitiklərin sözlərinə görə, “Windows Phone” mobil əməliyyat sisteminin uğur qazanması “Nokia” məhsullarının satış həcminin yaxşı olması ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, “Microsoft” bu yaxınlarda “Nokia”nın mobil qurğular bölməsini alıb.
Aynur Vəliyeva
Azərbaycan smartfon bazarında “Windows Phone” qurğularının payı 10% təşkil edir

Baxış sayı: 868
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)