Tarix:19/11/13
Lüğət redaksiyası bu qərarı əvvəlcə yalnız sosial şəbəkə istifadəçiləri tərəfindən istifadə olunan sözdən istifadənin kəskin artması ilə izah edib. Belə ki, “Oksford” lüğəti müəlliflərinin hesablamalarına əsasən, 2012-ci illə müqayisədə “selfie” sözündən istifadə 17 min faiz artıb.
Lüğət müəllifləri “selfie” sözünə adətən smartfon və ya veb-kameranın köməyi ilə istifadəçinin özü tərəfindən çəkilən və sosial şəbəkələrdə yerləşdirilən fotoşəkil mənasını veriblər. İlk dəfə bu söz 2002-ci ilin sentyabrında Avstraliyanın internet forumlarının birində istifadə olunduqdan sonra yayılmağa başlayıb.
“Oksford” lüğətinin versiyasına əsasən, 2013-cü ilin sözünə layiq görülə biləcək digər sözlər sırasında “twerk” (məşhur rəqs), “bitcoin” (virtual valyutanın adı) və “unlike” (bəyənməmək) olub.
“Oksford” lüğəti dünyada ingilis dilinin ən nüfuzlu nəşrlərindən biri hesab olunur. Lüğət 1884-cü ildən çap edilir və mütəmadi olaraq yeni sözlərlə zənginləşdirilir, - "Lenta www.lenta.ru” yazır.
“Oksford” lüğəti ilin sözünü seçib
İngilisdilli “Oksford” lüğətinin müəllifləri “selfie” (özünün fotoşəkli) sözünü 2013-cü ilin sözü kimi seçiblər.Lüğət redaksiyası bu qərarı əvvəlcə yalnız sosial şəbəkə istifadəçiləri tərəfindən istifadə olunan sözdən istifadənin kəskin artması ilə izah edib. Belə ki, “Oksford” lüğəti müəlliflərinin hesablamalarına əsasən, 2012-ci illə müqayisədə “selfie” sözündən istifadə 17 min faiz artıb.
Lüğət müəllifləri “selfie” sözünə adətən smartfon və ya veb-kameranın köməyi ilə istifadəçinin özü tərəfindən çəkilən və sosial şəbəkələrdə yerləşdirilən fotoşəkil mənasını veriblər. İlk dəfə bu söz 2002-ci ilin sentyabrında Avstraliyanın internet forumlarının birində istifadə olunduqdan sonra yayılmağa başlayıb.
“Oksford” lüğətinin versiyasına əsasən, 2013-cü ilin sözünə layiq görülə biləcək digər sözlər sırasında “twerk” (məşhur rəqs), “bitcoin” (virtual valyutanın adı) və “unlike” (bəyənməmək) olub.
“Oksford” lüğəti dünyada ingilis dilinin ən nüfuzlu nəşrlərindən biri hesab olunur. Lüğət 1884-cü ildən çap edilir və mütəmadi olaraq yeni sözlərlə zənginləşdirilir, - "Lenta www.lenta.ru” yazır.
Baxış sayı: 657
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı