Tarix:21/11/13
2012-ci ildə Nyu-Yorkda ümumilikdə 16 min “iPhone” smartfonu və digər “Apple” qurğuları oğurlanıb. Polislərin sözlərinə görə, şəhərdə “Apple” qurğularının oğurlanması ilə məşğul olan çoxlu cinayətkar qruplaşmalar fəaliyyət göstərir. Buna səbəb oğurlanmış “iPhone” modellərini asanlıqla sataraq böyük məbləğdə pul əldə etməyin mümkün olmasıdır.
Polis və yerli siyasi xadimlər lombardları aldıqları bütün telefonları hüquq-mühafizə orqanları əməkdaşlarının istifadə edə biləcəyi xüsusi elektron bazaya daxil etməyi təklif edirlər. Həmçinin “Apple” və digər smartfon istehsalçılarının oğurlanmış qurğuları bağlamağa məcbur etmək imkanları müzakirə olunur.
Mobil telefon oğurluğunun küçə cinayətlərinin yarısını təşkil etdiyi San-Fransiskoda bu problemlə mübarizə üçün başqa üsul hazırlanıb. Belə ki, mülki geyimli polislər şəhər sakinlərinə yaxınlaşaraq “iPhone” almağı təklif etməklə onlara bunun oğurluq məhsul olması barədə xəbərdarlıq edirlər. Bundan sonra həmin şəxs telefonu almaq istədiyi zaman dərhal həbs olunur. Polislər ümid edirlər ki, bu üsulla insanlar mağazalardan kənarda telefon almaqdan ehtiyat edəcək və bunun sayəsində cinayətkarlar onları satmaq imkanından məhrum olacaq, - “Vesti www.vesti.ru” yazır.
Nyu-Yorkda “Apple” brendli qurğuların oğurlanması ən geniş yayılmış cinayətdir
Nyu-York şəhərində “Apple” brendli qurğuların oğurlanması ən geniş yayılmış cinayətlər siyahısındadır. Bu barədə şəhər polis idarəsindən məlumat verilib. İdarə nümayəndələrinin sözlərinə görə, ötən il şəhərdə törədilən cinayətlərin 14 faizi bu qurğuların oğurlanması ilə əlaqədar olub.2012-ci ildə Nyu-Yorkda ümumilikdə 16 min “iPhone” smartfonu və digər “Apple” qurğuları oğurlanıb. Polislərin sözlərinə görə, şəhərdə “Apple” qurğularının oğurlanması ilə məşğul olan çoxlu cinayətkar qruplaşmalar fəaliyyət göstərir. Buna səbəb oğurlanmış “iPhone” modellərini asanlıqla sataraq böyük məbləğdə pul əldə etməyin mümkün olmasıdır.
Polis və yerli siyasi xadimlər lombardları aldıqları bütün telefonları hüquq-mühafizə orqanları əməkdaşlarının istifadə edə biləcəyi xüsusi elektron bazaya daxil etməyi təklif edirlər. Həmçinin “Apple” və digər smartfon istehsalçılarının oğurlanmış qurğuları bağlamağa məcbur etmək imkanları müzakirə olunur.
Mobil telefon oğurluğunun küçə cinayətlərinin yarısını təşkil etdiyi San-Fransiskoda bu problemlə mübarizə üçün başqa üsul hazırlanıb. Belə ki, mülki geyimli polislər şəhər sakinlərinə yaxınlaşaraq “iPhone” almağı təklif etməklə onlara bunun oğurluq məhsul olması barədə xəbərdarlıq edirlər. Bundan sonra həmin şəxs telefonu almaq istədiyi zaman dərhal həbs olunur. Polislər ümid edirlər ki, bu üsulla insanlar mağazalardan kənarda telefon almaqdan ehtiyat edəcək və bunun sayəsində cinayətkarlar onları satmaq imkanından məhrum olacaq, - “Vesti www.vesti.ru” yazır.
Baxış sayı: 482
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı