12px13px15px17px
Tarix:22/11/13

“Windows Phone” üçün yüklənmiş tətbiqlərin sayı təxminən 3 milyard olub



“Microsoft” korporasiyası “Windows Phone” mobil platformasına dair bəzi statistik informasiyaları  bölüşüb.
“ICTnews” elektron xəbər xidməti “ict.ua” saytına istinadən bildirir ki, istifadəyə verildiyi müddət ərzində “Windows Phone” platforması üçün yüklənmiş tətbiqlərin sayı təxminən 3 milyard olub. Platforma gündəlik tətbiqlərlə bağlı təxminən 10 milyon əməliyyat yaradır.

Müvafiq olaraq, bir ayda əməliyyatların sayı 300 milyona çatır. Müqayisə üçün,  sentyabrda gündəlik təxminən 9 milyon, iyunda isə təxminən 6,7 milyon əməliyyat qeydə alınıb. Tərtibatçılar gündəlik mağazaya “Windows Phone” üçün təxminən 500 yeni tətbiq əlavə ediblər.


“Windows Phone 8” əməliyyat sisteminin relizindən sonra platformanın göstəriciləri xeyli artıb. Belə ki, ödənişli tətbiqlərdən əldə olunan aylıq gəlir 178% artıb. Bir ildə tətbiqlərin yüklənmə sayı 290% artıb.


Emil Hüseynov



Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024